Xəbər lenti 
					
 
		“Meşə də azərbaycanlılara qalıb, bilmirik ki, qışda odunu haradan gətirəcəyik”

1992-ci ilin oktyabrında Xocavənd rayonunun Tağaverd kəndi zəbt olunandan sonra Ermənistan vətəndaşları burada məskunlaşmağa başlayıb. Azərbaycanlıların evləri ələ keçirilib. Ermənistandan gələnlər hələ də orada yaşayır, evləri boşaltmağa tələsmir. Əksinə, kəndin tən ortasından məftil sərhəd çəkiblər.
Manevr.az xəbər verir ki, indi Tağaverddə əsasən kəndin aşağı hissəsində yaşayırlar. Yaşayış məntəqəsindən gedənlər də az olmayıb. Onlar əsasən heyvanlarına otlaq ərazi tapa bilməyən maldarlardan ibarətdir.
Ermənistan mətbuatında kənddə yaşayan Alaverdyanlar ailəsindən reportaj yer alıb. Elmira Alaverdyanın dediyinə görə, yaşayış yerini keçən ilin oktyabrında tərk ediblər. Çünki Azərbaycan ordusu ərazini "ələ keçirib". Əri Şura ilə kəndə keçən ilin dekabrında qayıdıblar. İndi təkcə bostan məhsullarının hesabına dolanırlar.
“Mən tibb bacısıyam. Nə qədər yaralımız oldu. Hospital uzaqda idi deyə yaralarını elə burada sarıyırdım. Kəndi ən son tərk edən qadın da mən olmuşdum”.
Alaverdyan ailəsi heyvan da saxlayır. Amma mal-qaranı çölə buraxmırlar. Elmira Alaverdyan deyib ki, onsuz da otlaq qalmayıb. “Meşə də azərbaycanlılara qalıb. Heç bilmirik ki, qışda odunu haradan gətirəcəyik”.
Qadın Hadrutun Binə kəndində doğulub. Azərbaycanlılarla qonşu olub. İndi həmin kənd Azərbaycan ordusunun nəzarətindədir. Elmira Alaverdyan getməyə yerlərinin olmadığını deyib. Azərbaycanlı hərbçilərdən çəkinir, amma etiraf edir ki, onlara dəyib-dolaşan yoxdur.
Şura Alaverdyan söhbətə qarışaraq deyir ki, bir müddət əvvəl kənddə Artsax bayrağını qaldırıblar. Azərbaycanlı hərbçilər dərhal buna sərt reaksiya verib. Onlara bayrağı endirməyi əmr ediblər.
Tağaverdin icma rəhbəri kimi təqdim olunan Sevak Xaçatryanın sözlərinə görə, əvvəllər kənddə 1318 nəfər yaşayıb. Say azı üç dəfə azalıb. Xaçatryan gedənlərin əsasən Qırmızı bazar qəsəbəsinə üz tutduğunu söyləyib. İcma rəhbəri kimi təqdim olunan şəxs Tağaverddə qalanların çox pis dolandığını deyib. Çünki iş yerləri qalmayıb. Xaçatryan kənddə yaşayanların əksərinin getmək fikrində olduğunu bildirib./bizimyol.info
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















