Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

General: "Qarabağda hər an əməliyyat başlaya bilər"

Tarix: 16-05-2021 20:28     Baxış: 4186 A- / A+
General: "Qarabağda hər an əməliyyat başlaya bilər"

Azərbaycan Ordusu bu gündən genişmiqyaslı təlimlərə başlayır. 15 minlik şəxsi heyətin, 300 tankın cəlb olunduğu təlimlər Ali Baş Komandanın təsdiq etdiyi plana əsasən gerçəkləşir.

Manevr.az xəbər verir ki, Azərbaycan Ordusunun ehtiyatda olan general-leytenantı Yaşar Aydəmirov publika.az-a açıqlamasında budəfəki təlimlərin sıradan bir təlim olmadığını bildirib.

“Birincisi, Azərbaycan Qarabağ torpaqlarının xeyli hissəsini işğaldan azad edib. Bununla əlaqədar yeni tapşırıqlar meydana gəlib. Ordu tərəfindən dövlət sərhəddinin himayəsi həyata keçirilməlidir. İkincisi, yeni texnikalar alınıb. Onlar təlimlərdə tətbiq olunmalıdır. Əsasən pilotsuz uçuş aparatlarının tətbiqi və ordu ilə onların qarşılıqlı əlaqələrinin tətbiq edilməsi vacibdir. Təlim keçirməyəndə bu problemlər açıq qalır. Bu problemlərin açıq qalmaması üçün bir neçə üsullarla təlimlər keçirilir. Yeni üsullar araşdırılır. Bütün bunlar yeni əmələ gələn tapşırıqlardır. Yeni anlayışların tətbiqi üçün həyata keçirilən təlimlərdir”.

Ehtiyatda olan general "Qarabağda antiterror əməliyyatları keçirilə bilərmi" sualı ilə bağlı fikirlərini də bölüşüb:

“Sözsüz ki, Qarabağda hər an antiterror əməliyyatları ola bilər. Çünki Qarabağ ərazilərində ermənilərin bəzi bölmələri hələ də qalır. Ərazinin tam nəzarətə götürülməsi və Zəngəzur dəhlizinin Azərbaycan tərəfindən nəzarətə götürülüb, kommunikasiyaların açılmasını təmin etmək üçün orada da əməliyyat keçirilə bilər. Əgər onlar kaputilyasiya aktının tələblərini yerinə yetirməsələr, Qarabağ ərazisində də antiterror əməliyyatlarının keçirilməsi mümkündür”.

Qeyd edək ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar