Xəbər lenti 
					
 
		Zəngəzur gündəmi: “Azərbaycanlılar kiçik qruplarla irəliləyir, onların dayandırılması üçün əmr yoxdur”

Zəngəzurda aparılan delimitasiyaya Ermənistan hər vəchlə mane olmağa çalışır. Bu ölkənin rəhbərliyi məsələni torpaqların ələ keçirilməsi kimi təqdim etmək istəyir. Halbuki söhbət Azərbaycanın zəbt olunan ərazisinin geri qaytarılmasından gedir. Azərbaycan isə qərarlıdır. Ermənistanın da praqmatik politoloqları artıq proqnoz verirlər ki, Azərbaycanın gəlib çatdığı nöqtələrdən geri çəkilməsi inandırıcı görünmür.
Manevr.az xəbər verir ki, sosial şəbəkələrin Ermənistan seqmentində azərbaycanlı hərbçilərin Zərkənddə görünməsi müzakirə olunur. Ermənistanda bu yaşayış məntəqəsini Kut adlandırırlar. Yazılanlara görə, Azərbaycan ordusu Zərkəndə və Yuxarı Şorcaya nəzarəti ələ keçirib.
Ermənistan portallarında adıçəkilən kəndlərdən reportajlar yer alıb. Amma qəribədir ki, yerli sakinlərdən çox, administrasiya rəhbərlərinə tribuna verilib. Ermənistan jurnalistləri aktiv əməliyyatlardan sonra Azərbaycan qüvvələrinin Zərkənddən 4.5 km məsafədə qərarlaşdığını yazır. Kənd administrasiyasının rəhbəri Sima Çitçyan hamını əmin etməyə çalışır ki, hər şey qaydasındadır: “Azərbaycanlılar sərhədi keçməyib. Kənd adamlarının qorxudulması, təhdid olunması qeydə alınmayıb. Sadəcə, vilayət rəhbərliyi bufer zonanın yaradılması üçün danışıqlar aparır”. Çitçyan deyib ki, kənddə həyat öz axarıyla davam edir. Yalnız heyvanları Azərbaycan istiqamətindəki otlaq ərazilərə buraxmırlar: “İki gün əvvəl azərbaycanlılar xəbərdarlıq etdi ki, heç kim yaxına gəlməsin”.
Yuxarı Şorca kəndinin sakinləri bildirib ki, Azərbaycan hərbçiləri yaşayış məntəqəsinə daxil olmağı bacarıblar. Vilayət qubernatoru Qnel Sanosyan onları sakitləşdirməyə çalışır, danışıqlarda şəxsən özü iştirak etdiyini deyir. Vardenis (Basarkeçər) rayonunun administrasiya rəhbəri Aram Melkonyan jurnalistlərə azərbaycanlıların kəndin içində yox, bir neçə kilometr aralıda olduğunu söyləyib: “Onlar kiçik qruplarla irəliləyir. Günün ikinci yarısında təxminən 20 nəfərlik qrup bizə tərəf gəlib. Ermənistan hərbçiləri çalışır ki, düşmən sərhədi keçməsin. Barışıq əldə olunub deyə, onların hərəkətinə qadağa qoymaq da mümkün deyil. Bizim ərazidə olduqlarını gördük, amma onların dayandırılmasıyla bağlı əmr yoxdur”.
Qaragöl ətrafında mayın 12-dən gərginlik hökm sürür. Ermənistan tərəfinin müqavimətinə baxmayaraq, Azərbaycan demarkasiya prosesini 2020-ci il noyabr razılaşmasına uyğun aparır./bizimyol.info
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















