Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı

Tarix: 13-05-2021 21:20     Baxış: 4232 A- / A+
Zəngəzurda gərginlik: “Azərbaycanlılar gölün yanındadır” – Ermənistan mətbuatı

Qaragöl ətrafında gərginlik səngimir. Əksinə, Zəngəzurdakı su hövzəsi uğrunda yenə qarşıdurma yaranıb. Ermənistan mətbuatı həyəcanlı xəbərlər paylaşır. Azərbaycanın xeyli irəliləməsi yazılır. Məsələ o qədər ciddiləşib ki, baş nazir Nikol Paşinyan açıqlama verməli olub.

Manevr.az xəbər verir ki, Ermənistan mətbuatı hələ mayın 12-də Azərbaycan hərbçilərinin Qızılcıq kəndi istiqamətində 3 km irəliləməsini yazmışdı. Bizimkilərin əsas məqsədinin Ermənistanda “Sev liç” adlandırılan Qaragölə nəzarəti tam ələ keçirmək olduğu bildirilirdi. Ermənistan mətbuatı yazırdı ki, Laçın və Gorus rayonlarının sərhədində yerləşən su hövzəsinin yalnız 30 faizi Azərbaycanın olmalıdır.

Mayın 13-də gərginlik bir az da artıb. Məsələ Ermənistan portallarının əsas xəbərinə çevrilib. Yazılanlara görə, Azərbaycan tərəfi göl ətrafında müəyyən iş aparmağa başlayıb. Qarşıdurma da bundan sonra yaranıb. Ermənistan tərəfi iddia edir ki, azərbaycanlılar sərhədlərin müəyyənləşdirilməsi adıyla bölgədə böyük işlər planlaşdırır.

Gorus icmasının rəhbəri Aris Aruşanyan mətbuata açıqlama verib. O deyib ki, azərbaycanlılar geri çəkilmək istəmir. “Hələ də oradadırlar. Danışıqlar gedir. Amma danışıqların müsbət nəticələnəcəyinə söz vermək olmur. Danışıqları 1-ci korpusun hərbçiləri aparır”.

“Bəs hökumət nə deyir?” sualı Aruşanyanı özündən çıxarıb: “Bizdə hökumət var məgər?..”

Paşinyan Qaragöl ətrafında vəziyyətin gərgin olaraq qaldığını bildirib. Ermənistan baş naziri azərbaycanlı hərbçiləri təxribat törətməkdə ittiham edib: “Atışma olmayıb. Hər şeyi əvvəldən planlaşdırıblar. Saxta xəritə ilə gəlirlər ki, göl bizimdir”.

Ermənistanın baş prokuroru Qor Abramyan da Qaragöl ətrafında baş verənlərə görə narahatlıq ifadə edib. O, vacib tədbirlər görülməli olduğunu söyləyib. Ermənistan Təhlükəsizlik Şurası Zəngəzurdakı hadisələrlə bağlı təcili iclas keçirib. Orada Ermənistanın ərazi bütövlüyünün pozulması müzakirə edilib.

Azərbaycanın Qızılcıq kəndi istiqamətində 3 km irəliləməsi xəbərini hamıdan əvvəl Gorus meri vəzifəsini müvəqqəti icra edən İrina Yolyan yaymışdı. O, “Facebook” səhifəsində azərbaycanlıların kəndə çox yaxınlaşdığını yazmışdı./bizimyol.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar