Xəbər lenti 
					
 
		Ordumuz Qara gölü nəzarətə götürdü - Nikoldan reaksiya

Azərbaycan Ordusunun Zəngəzur istiqamətində dövlət sərhədini bərpa etməsi və Qara gölü nəzarətə götürməsinə Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan reaksiya verib.
Manevr.az xəbər verir ki, gecə saatlarından Təhlükəsizlik Şurasının iclasını toplayan Nikol Paşinyan Azərbaycanı ittiham etməkdən də çəkinməyib.
"Zəngəzur (Sünik) vilayətinin Qara göl rayonunda vəziyyət olduqca ciddi qalmaqda davam edir və heç nə dəyişməyib. Ərazidə Azərbaycan hərbçiləri və bizim hərbçilərimiz var. Amma demək istəyirəm ki, vəziyyət hərbi gərginlik səviyyəsinə çıxmayıb. Heç bir atışma və toqquşma baş verməyib", - Paşinyan bildirib.
Ermənistanın illərdir Azərbaycan ərazilərini işğal etməsi və qanunsuz olaraq dövlət sərhədini dəyişməsi faktlarını unudan Nikol Paşinyan guya Azərbaycanın Qara gölə sahiblənməsi üçün saxta xəritələrdən istifadə etdiyini deməkdən də çəkinməyib.
Hətta Nikol daha da irəliyə gedərək, Azərbaycan hərbçilərinin ərazidən çıxarılması ilə bağlı işlərin aparıldığını da deyib.
Qeyd edək ki, Azərbaycan Ordusu ötən gün GPS və xəritələr əsasında dövlət sərhədimizi bərpa etmək üçün 2-3 km irəliləyərək, Qara gölü tam nəzarətə götürüb. Torpaqlarımız işğal altında olduğu vaxt sərhədləri həyasızcasına qabağa çəkərək, zəbt edən ermənilər isə hər dəfə sərhəd dəqiqləşməsində hay-küy salaraq, zəbt etdikləri ərazini geri vermək istəmirlər.axar.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















