Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Mahnı sədaları altında Laçına gedən udilər - VİDEOREPORTAJ

Tarix: 12-05-2021 19:55     Baxış: 4208 A- / A+
Mahnı sədaları altında Laçına gedən udilər - VİDEOREPORTAJ

Azərbaycan Alban-udi dini icmasının nümayəndələri 180 ildən sonra üçüncü dəfədir ki, Laçın rayonunda yerləşən "Ağoğlan" məbədini ziyarətə yollanıblar. Budəfəki ziyarətdə əsas məqsəd məbəddə Pasxa bayramını qeyd etməkdir. Elə buna görə də ziyarət səfərini tam fərqli şəkildə təşkil ediblər.

Manevr.az report-a istinadən bildirir ki, icma nümayəndələri səfər zamanı yol boyu öz inanclarına məxsus mahnılar ifa ediblər. Elə bu minvalla da uzun bir yolu qət edərək müqəddəs ziyarətgahın yerləşdiyi Ağoğlan kəndinə çatıblar.

Onlar monastırda ibadətlərini etdikdən sonra şamlar yandırıblar. Sonra 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimiz yad edilib və onların ruhuna dualar oxunub. Alban-Udi xristian dini icmasının sədri Robert Mobili məbədə ziyarətin məqsədindən danışıb.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktorunun müavini Ceyhun Əliyev bildirib ki, düşmən bu abidələri özününküləşdirməyə çalışıb:

"Biz çalışırıq ki, ölkəmizdə mənəvi dəyərlərin təbliği sahəsində ardıcıl və səmərəli fəaliyyət həyata keçirilsin. Heç kim üçün sirr deyil ki, 44 günlük Vətən müharibəsindən sonra işğaldan azad edilmiş dini abidələrimiz mənəvi miras olaraq bizim tarixi mirasımızdır".

Qeyd edək ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak ediblər. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilib.

Xatırladaq ki, "Ağoğlan" məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.

İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşu və interyerinə qeyri-qanuni olaraq dəyişiklik ediblər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar