Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Yaxın günlərdə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq

Tarix: 11-05-2021 19:30     Baxış: 3181 A- / A+
Yaxın günlərdə Şuşada Türkiyə Konsulluğunun və məktəbin bünövrəsi qoyulacaq

“Xarıbülbül festivalında 15-dən artıq ölkənin nümayəndəsi, mədəniyyət və incəsənət xadimləri iştirak edəcək. Bizi Şuşada sürprizlər gözləyir”.

Manevr.az xəbər verir ki, bu sözləri Şuşa rayon mədəniyyət şöbəsinin müdiri Zahid Abbasov söyləyib. O qeyd edib ki, Estoniya, Ukranya, İordaniya, Latviya, Özbəkistan, Türkmənistan və s. ölkələrdən festivala qatılanlar var: “Bu gün Xarıbülbül festivalında rəsm çəkmə müsabiqəsində iştirak etdilər. İllər sonra Şuşaya getdik, festival keçiririk. Bu, çox qürurvericidir. Festivalda böyük bir dəstə ilə yallı rəqsi təşkil olunacaq”.

Z. Abbasov pandemiya ilə bağlı təhlükəsizlik tədbirlərinin də görüldüyünü bildirib: “Şuşadakı Xarıbülbül festivalı son dəfə 1991-ci ildə keçirilmişdi. 1992-ci ilin may ayında festival təşkil olunası idi. Ancaq mənfur erməni daşnaqları tərəfindən Şuşa işğal olundu. Polad Bülbüloğlu dedi ki, Şuşa yoxdursa, Xarıbülbül festivalı da olmayacaq. Festivalda şuşalılar və musiqi kadrlarının hamısı iştirak edəcək.

Ramazan bayramından sonra Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın gəlişi gözlənilir. Sürpriz ola bilər. Bəlkə də Prezident elə festivala gələcək. Amma hər bir halda festival ərəfəsində, yaxın 2-3 günə, Şuşada Türkiyə Konsulluğunun binasının və məktəbin bünövrəsi qoyulacaq”./modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar