Xəbər lenti 
					
 
		Alban-udi dini icmasının nümayəndələrinin Laçına növbəti səfəri başlayıb - ŞƏKİL

Alban (Qafqaz) Apostol Müstəqil Kilsəsinin varisi olan Azərbaycan Alban-udi dini icmasının nümayəndələrinin növbəti dəfə Laçın rayonuna səfəri başlayıb.
Manevr.az xəbər verir ki, səfərdə həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları və media nümayəndələri iştirak edirlər. Səfər çərçivəsində icma nümayəndələri rayon ərazisindəki qədim alban məbədi olan “Ağoğlan” monastırını ziyarət edəcək.
Bu, qədim Alban kilsəsinin əsl varislərinin "Ağoğlan" məbədinə 180 ildən sonra üçüncü ziyarətidir. Səfər Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.
Qeyd edək ki, “Ağoğlan” məbədi erməni vandalizminin qurbanı olan abidələrimizdən biridir. V-VI əsrlərə aid bazilika Ağoğlan çayının sahilində yerləşir. Abidə müxtəlif vaxtlarda uçqun və dağıntılara məruz qaldığından IX əsrdə yenidən inşa edilərək forma etibarilə monastır üslubuna uyğunlaşdırılıb.
İşğal dövründə ermənilər tərəfindən abidə saxtakarlığa məruz qalıb. Ermənilər monastırı özününküləşdirmək üçün onun memarlıq quruluşuna və interyerinə dəyişiklik ediblər.“report”
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 

















