Xəbər lenti 
					
 
		Türk və Amerika musiqiçiləri Qarabağın azad olunmasına mahnı həsr ediblər - VİDEO

Türk bəstəkarı Turqay Evren Qarabağın işğaldan azad edilməsinə mahnı bəstələyib, Amerika müğənnisi Della Maylz isə onu ifa edib.
Manevr.az-ın xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat verib.
Qeyd edilir ki, türk bəstəkarın "Many Years Ago" ("İllər əvvəl") adlı yeni mahnısı Azərbaycanın Qarabağ regionunun Ermənistanın çoxillik işğalından azad olunmasına həsr edilib.
Amerika müğənnisi Della Maylz tərəfindən ifa edilən kompozisiya Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın incisi - Qarabağın Şuşa şəhərini işğal etdiyi 1992-ci ildə baş verən faciəli hadisələrin xatirəsinə mayın 8-də tvitter sosial şəbəkəsində və “YouTube” hostinqində yayımlanıb.
"Ermənilər Azərbaycanın dinc sakinlərinə, o cümlədən qadınlara və uşaqlara qarşı bir çox qanunsuzluqlar və cinayətlar törətdilər. Azərbaycan xalqının ağrıları uzun illərdir qəlbimdə əks-səda verir”, - deyə bəstəkar Turqay Evren "Anadolu"ya bildirib.
Onun sözlərinə görə, Qarabağın azad edilməsinə ingilis dilində mahnı bəstələmək qərarı Cənubi Qafqaz həqiqətləri haqqında məlumatları dünyanın ən çox insanına çatdırmaq istəyi ilə əlaqədardır.
“Digərin ölkələrdə də Qarabağ məsələsi barədə eşitməsini istərdim. Amerikalı müğənni Della Maylz ilə mahnını müzakirə etdik. O, fikrimi dəstəklədi və mahnını birlikdə yekunlaşdırdıq. Mahnının aranjimanı ilə Əli Tolqa Demirtaş məşğul oldu”, - Evren deyib.
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















