Xəbər lenti
Üç erməni Ermənistana niyə verildi? - SƏBƏBLƏR
Rəsmi Bakı növbəti dəfə humanist bir addım atıb. İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra əsir götürülən üç erməni - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Təhməzyanı azad edilib. Artıq onlar Rusiya sülhməramlılarının rəhbəri Rüstəm Muradovun təyyarəsində Ermənistana aparılıb, İrəvandadırlar.
Çox güman ki, bu addım erməni qarşısında qoyulan tələblərin yerinə yetirilməsi müqabilində atılıb. Erməni tərəfi dəfələrlə çığır-bağır salmağa çalışırdı ki, Azərbaycan tərəfi ikitərəfli razılaşmalara əməl etmir, əsirlikdə olan erməni hərbçilərini azad etmək istəmir. Halbuki həmin tutulan şəxslər hərbi əməliyyatlar zamanı yox, atəşkəsdən sonra Azərbaycanın işğaldan azad edilən ərazilərində ələ keçirilib.
Ortada konkret cinayət faktı var. Konkret terror əməliyyatlarına görə saxlanılıblar. 10 noyabrdan sonra Azərbaycan sərhədini qanunsuz keçən Ermənistan vətəndaşları əsir sayılmamalıdır. Təəssüf ki, bu həqiqəti Qərbdə qəbul etmək istəmirlər. Ermənistan tərəfi aylardır "əsir" mövzusundan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə edir. Beynəlxalq aləmdə müəyyən dəstək qazanıb. Erməni yalanlarına uyaraq Azərbaycana qarşı 30 il ərzində həyata keçirilən ikili standartlar siyasətindən yaxa qurtara bilməyiblər.
Üç ermənini azad etmək - aprelin 8-də planlaşdırılan, lakin son anda ermənilərin günahı üzündən baş tutmayan razılaşmanın Azərbaycan tərəfindən yerinə yetirilməsi deməkdir. Erməni tərəfi iddia edirdi ki, guya həmin hərbçilərin geri verilməməsi ilə rəsmi Bakı razılaşmanı pozub. Lakin bəlli oldu ki, məhz erməni tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirməyib. O zaman ermənilər Rüstəm Muradovu ittiham etməyə çalışsalar da, rus general onlara layiq olduqları cavabı verdi. Yumşaq desək, erməni tərəfini təxribat yaratmaqda ittiham etdi. Və onlar da rus generalının aşağılayıcı sözləri müqabilində sadəcə susmağa üstünlük verdilər. Budəfəki anlaşma onu deməyə əsas verir ki, rəsmi Bakının ermənilər qarşısında qoyduğu tələblər yerinə yetirilib. Bu tələblər isə sadə idi - dünya müharibələr tarixində rast gəlinən və tətbiq edilən qaydalara əməl edilməsi.
Rəsmi Bakı ermənilər tərəfindən nəyi istəyirdi - minalanmış ərazilərin xəritəsinin verilməsi, erməni qoşunlarının tör-töküntülərinin tam şəkildə bölgədən çıxarılması. Lakin biabırçı məğlubiyyətlərin üstündən xeyli keçsə də, hələ də bu tələblərə əməl etməyiblər. Görünür, "dəmir əl"i tez unudublar.
Bir faktı da qeyd edək ki, diversantlar Rusiya xarici işlər naziri Sergey Lavrovun bölgəyə səfəri ərəfəsində baş tutur. Bu humanist addımla rəsmi Bakı üçtərəfli sülh razılaşmasının şərtlərinə əməl etdiyini bir daha göstərmiş oldu. Maraqlı olan həm də bu humanist addımın bölgəyə fövqəldövlətlərin marağının artması fonunda baş tutmasıdır. Rusiya XİN rəhbərinin səfərindən öncə ABŞ dövlət katibi Entoni Blinkenin Bakıya edilən zəngini bütövlükdə bölgəyə Birləşmiş Ştatların marağının artması kimi baxa bilərik.
Üç ermənini azad etməklə Azərbaycan növbəti dəfə humanizmini nümayiş etdirmiş oldu. Ümid etmək olar ki, bu addım erməni cəmiyyətini marazmatik azərbaycanafobiya xəstəliyindən müəyyən qədər də olsa azad edə bilər. Erməni cəmiyyəti anlamalıdır ki, nə ermənilər, nə də azərbaycanlılar bu yerləri tərk edib gedəsidir. Qonşuluqda yaşamaq deyilən bir qayda var və erməni tərəfi də bunu dərk etməlidir.
Və erməni tərəfi üzərinə düşən öhdəlikləri yerinə yetirərsə, humanist addımların davamı olacaq.
Azər NURİYEV
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar