Xəbər lenti
Elmar Məmmədyarov Münhendə Nalbandyanla görüşdü
Azərbaycan XİN rəhbəri Elmar Məmmədyarov və onun erməni həmkarı Edvard Nalbandyan arasında Münhendə görüş olub.
Virtualaz.org bildirir ki, bu barədə öz Facebook səhifəsində Ermənistan XİN-in mətbuat xidmətinin rəhbəri Tiqran Balayan yazıb.
T.Balayan, görüşün ATƏT Minsk Qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutduğunu bildirib.
Görüşün digər təfərrüatları açıqlanmır.
Danışıqlar Münhen Təhlükəsizlik Konfransı çərçivəsində aparılıb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında sonuncu görüş 2016-cı ilin dekabrında Hamburqda baş tutub.
Onu da qeyd edək ki, nazirlər bundan əvvəl ayrı-ayrılıqda ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Riçard Xoqland (ABŞ) ilə görüşmüşdülər.
Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak etmişdi.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar