Xəbər lenti 
					
 
		Rusiyalı hərbi ekspert: “Ağdam atom bombası atılmış Xirosima və Naqasakini xatırladır"

“Kim burada olursa, həmin insanda bura atom bombası atıldığı hissi yaranır”.
Manevr.az xəbər verir ki, bunu bu gün Ağdamda səfərdə olan Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko bildirib.
İ. Korotçenko deyib ki, dağıdılmış Ağdam atom bombasının atılması nəticəsində dağılmış Xirosima və Naqasakini xatırladır: “Ermənilər burada, əlbəttə, atom bombası partlatmayıblar, onlar burada Azərbaycan xalqına qarşı nifrət bombası partladıblar. Dağıntıların miqyası insanı dəhşətə salır. Hazırda dünyada əyani surətdə vandalizm, nifrət və düşmənçiliyin nəticələrini göstərən belə yer yoxdur. Bu, hərbi cinayətdir. Ermənistanın siyasi-hərbi rəhbərliyi buna beynəlxalq tribunalda cavab verməlidir. Bu əməli bağışlamaq mümkün deyil. Bu, insanlığa qarşı cinayətdir. Birinci və İkinci Qarabağ müharibəsini alovlandıran erməni siyasətçilər, bu vandalizmi törədən, 1 milyondan artıq azərbaycanlını doğma torpaqlarından qovan erməni hərbçiləri və erməni silahlıları törətdikləri hərbi cinayətlərə görə cavab verməlidirlər"./apa
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















