Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Rusiya Ermənistana barmaq SİLKƏLƏDİ: Revanş haqqında düşünməyin

Tarix: 23-04-2021 12:40     Baxış: 4212 A- / A+
Rusiya Ermənistana barmaq SİLKƏLƏDİ: Revanş haqqında düşünməyin

Xəbər verdiyimiz kimi Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova aprelin 22-də brifinq keçirib.

Manevr.az mətbuat.az-a istinadən xəbər verir ki, onun Azərbaycan və Ermənistan arasında olan gərgilik haqqında açıqlamalarını siyasi analitik, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu şərh edib. Politoloq deyir ki, Mariya Zaxarova cümlələri elə seçib ki, hər iki tərəf "payını" alsın. Bu açıqlamada həm Bakıya, həm də İrəvana mesaj var.

"Bakıya mesaj budur ki, "davam haqqında düşünməyin", ermənilərə isə mesaj budur ki, "revanş haqqında düşünməyin". Ancaq Moskvaya da düşünmək üçün zəruri mesaj verilməlidir. Rusiya həqiqətən vəziyyətin gərginləşməsində maraqlı deyilsə, lütfən Mariya Zaxarovanın birifnqlərində iştirak edən azərbaycanlı jurnalistlərdən biri ona bu sualı versin: "Bölgədə hazırki gərgin durumda Rusiya hərbçilərinin Qarabağda rəsmi Bakı ilə razılaşdırılmayan hərbi paradına nə ehtiyac var?"

Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə deyib ki, "Çox böyük bədəl ödəndi. İnsanlar həyatını itirdi. Həm faciəli, həm də gələcəyə ümid verən bu andan dinc və yaradıcı məqsədlər üçün istifadə edilməlidir, daha vəziyyəti daha da gərginləşdirmək üçün yox. Yeni ayırıcı xətlər və qıcıqlandırıcılar yaratmağa ehtiyac yoxdur".

Onun sözlərinə görə, çoxları davam və ya revanş almaq istəyir.

"Bəs məqsəd budurmu? Bu, sülhün əldə olunmasında faydalı olacaqmı? Bunun cavabı, məncə, aydındır. Xeyr, olmayacaq"- deyə M.Zaxarova bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar