Sizin Reklam Burada
Xəbər lenti
10-09-2025
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçi ilə bağlı qərar verildi

Tarix: 23-04-2021 11:45     Baxış: 4242 A- / A+
Azərbaycanlı əsirlərə işgəncə verən erməni hərbçi ilə bağlı qərar verildi


Bakı Hərbi Məhkəməsində Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə verən, İkinci Qarabağ Müharibəsində hərbiçilərimizə əsir düşən Ermənistan vətəndaşı Lüdviq Mkrtçyanın barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.


Manevr.az
xəbər verir ki, keçirilən prosesdə təqdimat təmin edilib. L. Mkrtçyanın barəsindəki həbs müddəti daha 4 ay uzadılıb.

Qeyd edək ki, Lüdviq Mkrtçyan Azərbaycan Cinayət Məcəlləsinin 113-cü (tutulmuş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərə fiziki ağrılar və ya psixi iztirablar vermə) maddəsi ilə təqsirli bilinir.

Lüdviq Mkrtçyan Birinci Qarabağ savaşında erməni əsirliyində olan azərbaycanlılara xüsusi amansızlıqla işgəncə verib. Həmin faktlar üzrə 2000-ci ildə Azərbaycanın Hərbi Prokurorluğunda cinayət işi başlanıb.

Bu il sentyabrın 27-də Vətən Müharibəsi başlayanda bir qrup erməni hərbçi Azərbaycan Ordusuna əsir düşüb. Onların arasında Lüdviq Mkrtçyan da olub.

İstintaq tərəfindən dindirilən Lüdviq Mkrtçyan Birinci Qarabağ müharibəsində əsir götürülmüş azərbaycanlılara işgəncələr verdiyini etiraf edib.

Birinci Qarabağ müharibəsində erməni əsirliyində olmuş və qaytarılmış bir neçə azərbaycanlı hərbçi də üzləşmə zamanı Lüdviq Mkrtçyanı tanıyıb, onun törətdiyi əməlləri açıqlayıb.

Hazırda Hərbi Prokurorluqda başlanmış cinayət işi üzrə zəruri-istintaq hərəkətləri davam etdirilir./apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar