Xəbər lenti 
					
 
		Rusiya Müdafiə Nazirliyindən Xudavənglə bağlı AÇIQLAMA

Rusiya sülhməramlı kontingentinin humanitar minatəmizləmə şirkətinin mühəndis-istehkamçı qrupları Dağlıq Qarabağ ərazisini mina təhlükəsi və partlayıcı obyektlərdən təmizləməyə davam edir”.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) bu gün yaydığı məlumatda bildirilir.
"Hazırda rusiyalı istehkamçılar şəhər tipli Qırmızı Bazar qəsəbəsinin kənarında partlayıcı maddələr axtarır. Silahlı münaqişə zamanı əvvəllər yerli sakinlər tərəfindən becərilən əkinçilik əraziləri top atəşinə məruz qalmışdı.
Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları təxminən beş hektar əkin sahəsinin tam təmizlənməsini həyata keçirdi. Görülən işlər sayəsində yerli fermerlər torpaq becərməyə və tut əkinlərinə qulluq etməyə qayıda bilərlər” - açıqlamada deyilir.
Məlumata görə, ümumilikdə, 23 noyabr 2020-ci il tarixindən etibarən Rusiya sülhməramlı kontingentinin humanitar minalardan təmizlənmə hissəsinin hərbi qulluqçuları 2012 hektar ərazini, 620 kilometr yolu partlamamış hərbi sursatlardan təmizləyib, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1716 ev və binanı yoxlayıb, 25 580 partlayıcı aşkar edilərək zərərsizləşdirilib.
"Bölgənin partlayıcı maddələrdən təmizlənməsində yardım göstərməklə yanaşı, dünən rus sülhməramlıları Dağlıq Qarabağdakı sərhəd xəttinin dərhal yaxınlığında yerləşən Amaras və Dadivank (Xudavəng – red.) monastırlarına 50-dən çox zəvvarın müşayiətini təşkil etdilər.
Dadivank (Xudavəng) manastırı ən qədim xristian monastırlarından biridir və üçtərəfli bir bəyanata uyğun olaraq 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən Kəlbəcər bölgəsi ərazisindədir”, - deyə Rusiya MN-dən bildirilib.(modern.az)
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Kriminal 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Təqvim 
				 | « Noyabr 2025 » | ||||||
|---|---|---|---|---|---|---|
| Be | Ça | Ç | Ca | C | Ş | B | 
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 | 
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 | 
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 | 
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 | 
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















