Sizin Reklam Burada
Xəbər lenti
05-05-2024
04-05-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

Tarix: 20-04-2021 09:55     Baxış: 3192 A- / A+
Qarabağda anti-terror əməliyyatı gözləniləndir


"Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil".

Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var.

Separatçı ermənilər Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına daxil yollarda "yeni nəzarət məntəqələri" yaratmaq niyyətinə düşüblər. Özünü "Qarabağ polis"inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.

İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır. Bundan əvvəl isə rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirən qondarma "daxili işlər naziri" Karen Sarkisyanın əmri ilə Şuşakənd-Dağyurd-Qırmızı Bazar yolu üzərində quraşdırılmış "polis" nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib. Heç şübhəsiz, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə bölgədə antiterror əməliyyatı keçirmək üçün Azərbaycana imkan verir.

AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə bildirib ki, bu cür qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil. Partiya rəhbərinin fikrincə, burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var:

"Rusiya özünün regionda qalmasını əbədiləşdirmək üçün bölgədəki konfliktin tam həllində maraqlı deyil. Əksinə, qondarma rejimin tör-töküntülərinə dəstək o anlama gəlir ki, Moskva mövcud problemin daha da mürəkkəb hal almasında maraqlıdır. Kreml artıq bitmiş və məhv olmuş bir rejimin qalıqlarından yenidən nəsə düzəldərək Azərbaycana qarşı təhdid yaratmaq istəyir. Özü isə "sülh göyərçini" rolunda çıxış etmək həvəsindədir. Əlbəttə, buna qətiyyən imkan vermək olmaz. Konkret mövqeyimizi ortaya qoymalıyıq. Ultimativ qaydada həm Rusiyaya, həm də Ermənistana xəbərdarlıq mesajı verilməlidir. Beynəlxalq təşkilatlar separatçıların addımları ilə bağlı məlumatlandırılmalıdır. Əgər bu cür təxribatçı addımlar davamlı olarsa, Azərbaycan Ordusu dərhal Qarabağda anti-terror başlatmalıdır".

T.Abbaslı vurğulayıb ki, 1989-cu ilin hadisələrinin təkrarlanmasına yol verməməliyik:

"O vaxtı da ermənilər buna bənzər hərəkət edirdilər, Xankəndinə gedən yollara "nəzarəti" ələ keçirirdilər, azərbaycanlıları sıxışdırırdılar. Görünür, ermənilər müharibənin acı nəticələrini unutduqca yenidən dirçəlməyə cəhd göstərirlər. 44 günü düşmənə yenidən xatırlatmalıyıq. Sadəcə siyasi yollarla deyil, hərbi vasitələrlə də mövqeyimizi təkrarlamalıyıq. PUA-larımız qondarma erməni postlarını separatçılarla birgə məhv etməlidir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar