Xəbər lenti
“Rayonun girişinə şlaqbaum qoyacağıq?” – Deputatlar Şuşa və Kəlbəcərə girişin pullu olması təklifi haqda
"Belə çıxır ki, Kəlbəcərə getmək istəsəm, pul ödəməliyəm?”
Manver.az xəbər verir ki, bu sözləri sfera.az-a açıqlamasında keçmiş deputat Etibar Hüseynovun istirahətə gələnlər üçün Şuşa, Kəlbəcər, Ağdama rayonlarına girişin pullu olması barədə səsləndirdiyi təklifə münasibət bildirərkənMilli Məclisin deputatı Aqil Abbas deyib:
"İşğaldan azad edilmiş ərazilərimizə girişin pullu olması təklifi Etibar Hüseynovun öz fikridir. Amma belə bir təklifin reallaşması mümkün deyil. Bir ölkədə yaşayan vətəndaş başqa şəhərə getməyə görə pul ödəməməlidir. Bu ola bilməz, mümkün deyil.
Deputat Elman Məmmədovun da təklifə münasibəti neqativ olub: "İşğaldan azad edilmiş ərazilərdə hər hansı muzey, sərgi açılsa, onu ziyarət etmək pullu ola bilər. Ancaq hesab edirəm ki, hansısa rayona getmək üçün haqq ödəmək məqsədəuyğun deyil. İşğaldan azad edilmiş ərazilərimizə hamı gedib, gəlməlidir. Rayonun girişinə şlaqbaum qoyacağıq ki, səfər edənlər haqq ödəyib, sonra keçsinlər. Düzgün olmayan fikirdir”.
Deputat Azər Badamov da E. Hüseynovun təklifini yanlış yanaşma kimi dəyərləndirib: "Belə bir fikirlə rastlaşmamışam. Amma kimsə belə fikir bildiribsə, tamamilə düzgün olmayan fikirdir. Ərazilərimizi orada yaşayışımızı qurmaq, ora həyatın qaytarılması üçün azad etmişik. Oraları pullu muzeyə çevirmək üçün azad etməmişik ki? Düzdür, həmin ərazilərdə erməni vəhşiliklərini nümayiş etdirmək üçün açıq səma altında muzeylər də yaradılacaq. Amma bütün hallarda bu o anlama gəlməməlidir ki, həmin rayonlara giriş pullu olmalıdır. Əksinə, xaricdən müəyyən insanların gələrək, həmin ərazilərimizi görmələrində maraqlı olmalıyıq. Bu ərazilərimiz həm Azərbaycan vətəndaşları, həm də xarici qonaqlar üçün açıq olmalıdır”.
Deputat Fazil Mustafa isə hesab edir ki, əksinə, işğaldan azad edilmiş əraziləri açıq zona elan etməliyik ki, daha çox insanımız orada məskunlaşsın: "Pullu daxil olmaq isə mahiyyətcə işğaldan azad olunmuş ərazilərimizin mənimsənilməsi, məskunlaşması kursuna uyğun deyil. Açıq əraziyə çevrilməsi daha doğrudur”.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar