Xəbər lenti
Sülhməramlılar erməniləri Gəncəsərə də APARDI
“Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir”.
Manevr.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Dağlıq Qarabağ münaqişəsi zonasında Rusiya sülhməramlı kontingentinin aprelin 12-nə olan fəaliyyəti ilə bağlı məlumatında bildirilir.
“İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.
Atəşkəs bütün təmas xəttində müşahidə olunur.
Rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini və mülki infrastrukturun bərpasını təmin edirlər” – açıqlamada deyilir.
Məlumata görə, bu gün Xankəndidən erməni zəvvarların Xudavəng (Vəng), Amaras (Yuxarı Veysəlli) və Gəncəsər (Vəngli) monastırlarına müşayiəti təmin edilib.
“Humanitar Minalardan Təmizləmə Mərkəzinin minalardan təmizlənməsi qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üzrə işlərini davam etdirirlər. Ümumilikdə, 23 noyabr 2020-ci ildən bu yana 30 hektar ərazi, 605 km yol, 1691 mənzil tikintisi, o cümlədən 30 sosial əhəmiyyətli obyekt partlamamış hərbi sursatlardan təmizlənib, 25 484 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.
Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır”, – deyə Rusiya MN-dən bildirilib. /modern.az/
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar