Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."

Tarix: 11-04-2021 19:26     Baxış: 4223 A- / A+
"Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."

“Baş verən hadisələrə nəzər saldıqda məlum olur ki, Rusiyanın, xüsusilə də, Müdafiə Nazirliyinin bəzi rəsmiləri sanki Qarabağda uzunmüddətli qala biləcəyini erməni ictimaiyyətinə nümayiş etdirmək istəyirlər. Onların səsləndirdiyi bəyanatlar, xüsusilə də, Şuşada, Laçında sülhməramlılar üçün əlavə şəhərciklərin salınmasına dair verilən bəyanatlar Azərbaycanın maraqlarına ziddir və belə bir fəaliyyətin həyata keçirilməsi mümkün deyil”.

Manevr.az xəbər verir ki, bunu bizimyol.info saytına açıqlamasında hərbi məsələlər üzrə ekspert Ədalət Verdiyev danışıb.
"Rusiya qüvvələrinin Qarabağdan çıxarılması..."

O, bildirib ki, bu bəyanatları zaman- zaman Rusiyanın kiçik nüfuza malik partiyaları və partiya rəhbərləri səsləndirib. O cümlədən, ağaşı çaplı partiya rəhbəri Sergey Mironov Qarabağın Rusiyaya birləşdirilməsi ilə bağlı axmaq fikirlər səsləndirib: “Təbii ki, həm Müdafiə Nazirliyinin, həm də kiçik də olsa da, partiya rəhbərinin belə fikirlər səsləndirməsi və Rusiya Xarici İşlər Nazirliyinin bu bəyanata təpki verməməsi Azərbaycan ictimaiyyətinin Rusiyaya qarşı neqativ fikirlərə köklənməsinə səbəb olur”.

Ədalət Verdiyevin sözlərinə görə, başqa tərəfdən Azərbaycan ərazilərində qadağan olunmuş Rusiya silahlarının, konkret olaraq “İskəndər” raketinin istifadə olunması faktları və bu faktlara istinadən Rusiya tərəfindən ağlabatan rəsmi məlumatın indiyədək mövcud olmaması vəziyyətin, yəni Rusiya-Azərbaycan münasibətərinin gərginləşməsinə gətirib çıxaracaq.

Ekspert hesab edir ki, Rusiya bu məsələlərə aydınlıq gətirməli və Azərbaycan ilə münasibətləri qorumağa çalışmalıdır. Əks halda Azərbaycan cəmiyyətində Rusiyanın Qarabağda gözlənilən müddətdən də daha erkən çıxması üçün sosial sifariş formalaşa bilər. Bu isə dönüşü geri olmayan proseslərlə nəticələnə bilər.

“İstənilən halda Rusiya Qarabağda təyin olunmuş 1960 nəfər kontingentin humanitar fəaliyyət adı altında genişləndirilməsindən çəkinməlidir. Bu gələcəkdə münasibətlərin qorunmasında müsbət rol oynaya bilər”-deyən ekspert bildirib ki, Azərbaycan artıq bu proseslərə qarşı öz etirazını Rusiya Sülhməramlıları komandanı Rüstəm Muradovu Bakıdan əliboş yola salmaqla nümayiş etdirib.

Ə. Verdiyev vurğulayıb ki, əgər Rusiyanın davranışlarında dəyişiklik olmasa, bu cür təpkilər gələcəkdə arta da bilər.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar