Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Rus casuslarına Qarabağla bağlı ŞOK TAPŞIRIQ VERİLİB - SENSASİON MƏLUMAT

Tarix: 09-04-2021 17:35     Baxış: 3165 A- / A+
Rus casuslarına Qarabağla bağlı ŞOK TAPŞIRIQ VERİLİB - SENSASİON MƏLUMAT


Bolqarıstanın hərbi kəşfiyyat Xidmətinin Rusiyanın xeyrinə casusluqda ittiham olunan əməkdaşlarının işi üzrə sensasion audioyazı yayılıb.


Audioyazıda Rusiya hərbi kəşfiyyatının (GRU) Bolqarıstandakı agent-rezidenti həmin casuslardan birinə tapşırıq verir: “Dağlıq Qarabağ barədə materiallar topla, çox mühümdür, indi aktualdır...”

Bolqarıstan xüsusi xidmət orqanları Rusiyanın xeyrinə casusluq edən həmin əməkdaşları martın 19-da keçirilmiş əməliyyatla yaxalayıb. İş üzrə cəmi 6 fiqurant var. Casus qrupunun başçısı Bolqarıstan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı olub. Qrupa onun arvadı da daxil idi, qadının ikili vətəndaşlığı var-Rusiya və Bolqarıstan pasportları daşıyır. Casusları Rusiyanın Sofiyadakı səfirliyindən kurasiya ediblər. Bolqarıstan səfirliyin iki diplomatını casusluqda ittiham edərək persona non-qrata elan edib.

Rus casuslarına Qarabağla bağlı ŞOK TAPŞIRIQ VERİLİB - SENSASİON MƏLUMAT


Bolqarıstan xüsusi xidmət orqanları bildirir ki, casuslardan Rusiyaya, Ukraynaya, Belarusa və digər ölkələrə aid materialları əldə edib ötürmək tələb olunub. Habelə Yaxın Şərqə, İraqa, Suriyaya, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə aid materialların toplanılması tapşırılıb. Bu tapşırıq Qarabağda müharibənin getdiyi günlərdə, yəni ötən ilin payızında verilib.

“Hansı materiallar lazımdır-Bolqarıstandakı vəziyyət, Rusiyaya, Ukraynaya, İraqa aid materiallar, aktual nə varsa. Dağlıq Qarabağ çox mühümdür. Suriyaya aid son 4 ayın materialları, əgər götürə bilsən fotosunu çək. Habelə Ukrayna və Belarus barədə, və etirazın əsasını təşkil edən həmin 8 faiz polis haqda. Və görünən istənilən məxfi sənədin fotosunu çək ki, sənin məxfi sənədlərə çıxışının olduğu görünsün”,-casusların kuratoru qrupun üzvünə tapşırıq verir.

Audioyazıda habelə Rusiyanın xeyrinə casusluğa görə aylıq qonorarın məbləği də müzakirə olunur. “İndi deyə bilmərəm nə qədər ödəyəcəklər, materialdan asılıdır. Lakin prinsipcə olacaq, gəl düzünü deyək, valyuta ilə. Necə sərfəlidir, valyuta ilə, yoxsa bolqar levi ilə? Denən, pulları harada saxlayacaqsan? Hər halda sənə 2000 lev və ya 3000 lev hər ay versələr bu, babat məbləğdir”,-kurator deyir.

Hərbi kəşfiyyatın əməkdaşlarını casusluğa cəlb edən həmin kuratorun-keçmiş kəşfiyyat zabitinin hələ sovet dövründə KQB agenti olduğu üzə çıxıb. Başqa sözlə, GRU Bolqarıstandakı KQB agentlərini aktivləşdirib və onun əliylə yeni agentlər cəlb edib.

Bu şəxsin adı İvan İliyevdir, Bolqarıstan Müdafiə Nazirliyinin hərbi -analitik informasiya şöbəsinin rəhbəri olub, onun adı rəsmən açıqlanmır. Amma bildirilir ki, Bolqarıstanda və xaricdə təhsil alıb, habelə Moskvada kəşfiyyat məktəbini bitirib. Arvadının ikili vətəndaşlığı var. 75 yaşındadır, 5-6 il əvvələ qədər Bolqarıstan hərbi məktəblərindən birində müəllim işləyib. Görünür agentləri də tələbələri arasından seçib. Onlar məxfi sənədlərin fotosunu çəkiblər və Rusiya səfirliyindəki kuratorlarına ötürüblər. (virtualaz.org)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar