Sizin Reklam Burada
Xəbər lenti
18-04-2024
17-04-2024
BÜTÜN XƏBƏRLƏR

Şuşa türməsinin son rəisi 29 il sonra sirləri açdı - Video

Tarix: 09-04-2021 10:15     Baxış: 2150 A- / A+
Şuşa türməsinin son rəisi 29 il sonra sirləri açdı - Video


Şuşa türməsi sovetlər birliyinin ən qatı cinayətkarlarının islah olunduğu həbsxanalardan biri olub. Azərbaycanlı və erməni məhkumların birlikdə saxlanıldığı türmə haqqında saysız-hesabsız rəvayətlər və faktlar var. Məsələn, Ermənistanın keçmiş prezidenti Serj Sərkisyanı qapıda gözlədən, azərbaycanlı məhbusları Şuşa döyüşlərində iştirak üçün azad edən türmənin son rəisi Aydın Abbasov 29 il sonra ilk dəfə efir məkanında məşhur türmənin sirlərini "Xəzər Xəbər"ə açıb.

Şuşa türməsində etnik qarşıdurma yaratmaq istəyən Serj Sərkisyana türmənin rəisi Aydın Abbasov sərt sözlər deyib.

29 il əvvəl Xankəndidəki aksiyalarda azərbaycanlıların guya türmədə erməniləri incitməsi ilə bağlı iddialar səsləndirən Serj Sərkisyan nümayəndə heyəti ilə Şuşa türməsində təxribat törətməyə çalışıb. Həmin vaxt türmənin rəisi olan Aydın Abbasov bu yalanı ifşa edərək Serj Sərksiyanla bərabər digər erməniləri də tənbeh edib və onları türməyə buraxmayıb.

Şuşa işğal olunana qədər türmənin rəisi işləyən Aydın Abbasov deyir ki, orada bütün millətlərdən olan məhbuslara eyni qaydada münasibət göstərilib. Lakin ermənilər türmədə olan hər kəsdən fərqlənib. Olduqca hiyləgər olan erməni məhbuslar maskalanaraq özlərini sakit aparsalar da, fürsət düşən kimi hər cür pisliyi edirmiş.

Şuşa işğal olunmazdan bir neçə saat əvvəl Aydın Abbasov çətin qərar qarşısında qalır. Çünki erməni məhbuslar bir müddət əvvəl Bakıya göndərilmişdi, amma 36 azərbaycanlı məhkum hələ də türmədə qalırdı. Ermənilər isə Şuşanın bir addımlığında idi. Bu məqamda Aydın Ababsov bütün məhbusları sərbəst buraxır və onları döyüşə çağırır.

Döyüşlər bitdikdən sonra 35 məhbusun bəziləri etdikləri qəhrəmanlıqlara görə əfv edilərək azadlığa buraxılır. Digərlərinin isə qanunun verdiyi imkanlar çərçivəsində cəzaları azaldılır.



Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar