Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənilərin Qarabağda daha bir vəhşiliyi - VİDEO

Tarix: 29-03-2021 13:56     Baxış: 3170 A- / A+
 Ermənilərin Qarabağda daha bir vəhşiliyi - VİDEO

Laçın rayonunun Piçənis kəndində ermənilər qəbir daşlarından özlərinə pilləkən düzəldiblər.

Manevr.az xəzər tV-yə istinadən xəbər verir ki, bununla bağlı videogörüntülər bu günlərdə sosial şəbəkələrdə və bəzi Teleqram kanallarında paylaşılıb.

30 ilə yaxın dövrdə torpaqlarımızı işğal altında saxlayan və orada qanunsuz olaraq məskunlaşan ermənilər mədəni və tarixi abidələrimizə qarşı divan tutub, daşı-daş üstündə qoymayıblar. Hətta ölülərimizə qarşı öz çirkin niyyətlərini reallaşdıran ermənilər onlarla qəbir daşını yerindən çıxarıb, öz həyətlərində pilləkən əvəzi istifadə ediblər.

Pilləkənlərin həmin daşlardan ibarət olduğu bilinməsin deyə qəbir daşlarının hamısının yazılı tərəfini torpağa üzüaşağı basdırıblar. Hələ bu azmış kimi qəbiristanlıqdakı dəmir barmaqlıqları da söküb öz həyətində hasar kimi istifadə ediblər.

Politoloq Zaur Məmmədov deyir ki, ermənilərin bu murdar davranışları onların azərbaycanlılara qarşı sərhədsiz kin bəslədiklərini sübut edir.

Politoloqun sözlərinə görə, ermənilərin bu çirkin addımları qarşısında beynəlxalq təşkilatlar susmamalıdırlar. Bu kimi faktlara lazımi qiymət verilməlidir.

Zaur Məmmədov vurğulayıb ki, ermənilər özlərini cəzasızlıq mühitində hiss etdiklərinə görə insanlığa yaraşmayan belə addımlardan heç vaxt çəkinməyiblər.

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar