Xəbər lenti
Rusiya hərbçiləri Əsgəranda...

Rusiyanın Qarabağdakı hərbi kontingentinin qulluqçuları Rusiya ictimai təşkilatları və xeyriyyə fondları tərəfindən verilən humanitar yardımı Qarabağın Əsgəran rayonunun Təzəbinə (Noragüh) yaşayış məntəqəsinə çatdırılmasını təmin ediblər.
Rusiya hərbi kontingentinin Humanitar yardım mərkəzinin rəisi İqor Sivakovun sözlərinə görə, " humanitar aksiyanın keçirilməsi ilə bağlı məsələlər hələ yanvar ayında Noragüh yaşayış məntəqəsinin administrasiyası ilə hələ yanvar ayında razılaşdırılıb".
"Dağlıq Qarabağ sakinləri ən qısa zamanda üçün əlverişli yaşayış və iş şəraitini təmin etmək məqsədi ilə bu cür aksiyalar gələcəkdə digər yaşayış məntəqələrində də keçiriləcək."
Humanitar aksiya zamanı "Rus Humanitar Missiyası" qeyri-kommersiya təşkilatı və "Doktor Liza" və "Yaxşılıq üçün tələsin" xeyriyyə fondları adından Noragüh sakinlərinə qatlanan çarpayılar, yorğanlar, yastıqlar, yemək bişirmək üçün qaz plitələri və digər əmlak çatdırılıb.
Kəndin tibb məntəqəsinə ilkin tibbi yardım üçün tələb olunan diaqnostika avadanlığı verilib, o cümlədən, qan təzyiqi və nəbz ölçən cihazlar, qlükometr, termometrlər və digər avadanlıqlar.
Bir neçə gün əvvəl Xankəndinə keçirilən humanitar aksiya zamanı Rusiya hərbçiləri şəhər tibb mərkəzinə 50-dən çox adda tibbi avadanlıq, habelə Qriboyedov adına 3 saylı orta məktəbin şagirdlərinə 350-dən çox kitab və dərslik verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar