Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağdakı terrorçu rejimdən növbəti həyasız İDDİA

Tarix: 26-03-2021 20:52     Baxış: 3293 A- / A+
Qarabağdakı terrorçu rejimdən növbəti həyasız İDDİA


Cəbrayıldakı qondarma kirsə hay-küyünün ardınca ermənilər növbəti şouya start veriblər. Ermənistanın media orqanları davamlı şəkildə Rusiya sülhməramlılarının təsir dairəsində olan ərazisində guya baş vermiş hadisəni tirajlayırlar.

Manevr.az-ın məlumatına görə, ermənilər iddia edirlər ki, Əsgəran rayonu ərazisində “azərbaycan hərbçi” erməni sakinlərin avtomobillərini “daş atəşi”nə tutub. Azərbaycan ərazilərində hoqqabazlıqla məşğul olan erməni terrorçuları rəsmi Bakını üçtərəfli razılaşmanı “pozmaqda” ittiham edir. İddia olunur ki, guya martın 25-də Rusiya sülhməramlılarının müşayiətilə Saruşen (Xocalı rayonunun Dağyurd kəndi-M.) kəndi ilə Əsgəranın “Karmir Qyux” kəndi arasındakı yoldan keçən Azərbaycan kolonundan Qarabağ sakini Lentruş Babayana məxsus VAZ 21-07 avtomobilə “daş atılıb”. Terrorçu rejimin oyuncaq “daxili işlər naziri” Karen Sarkisyanın sülhməramlı kontingentin komandanı Rustam Muradova müraciət etdiyi bildirilir.

Eyni vaxtda Rusiya sülhməramlılarının ermənilərə meydan verən qərarı təbii ki, təsadüfi deyil. 26 martda yayılan məlumata görə, “Artsax Respublikası”nın daxili təhlükəsizliyi səbəbindən rus və erməni əməkdaşlardan ibarət əməliyyat və xilasetmə qrupu dövlət fövqəladə hallar xidmətinin Lisaqor ( Şuşa rayonunun Turşsu kəndi) bazasında birgə növbətçilk xidməti aparacaq. Bildirilir ki, sülhməramlılarla erməni separatçıları arasındakı “əməkdaşlıq çərçivəsində” 3 işçi qrupunun yaradılması qərara alınıb. Sabahdan, yəni martın 27-dən etibarən erməni-rus tərəfdaşlarından ibarət bir istehkamçı qrupu Yuxarı Qarabağ ərazisində həm qəsəbələrdə, həm də vadilər, tarlalar və meşə zolaqları boyunca əhalinin sərbəst və təhlükəsiz hərəkətini təmin etmək üçün mühəndis tədqiqatları aparacaq.

“Azərbaycanlıların daş atması” şou-xəbərinin ardınca sülhməramlıların anti-Azərbaycan qərarı! Belə görünür ki, Xankəndidəki bütün ssenarilər əslində “rus dilində” yazılır və sadəcə burada səhnələşdirilməsi üçün erməni terrorçularına təqdim olunur.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar