Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

"Ermənilərin yaşadıqları ərazilər Azərbaycanın nəzarətinə keçəcək" - Abdullah Ağar

Tarix: 23-03-2021 13:12     Baxış: 3258 A- / A+
"Ermənilərin yaşadıqları ərazilər Azərbaycanın nəzarətinə keçəcək" - Abdullah Ağar


"Qarabağda Azərbaycan, Türkiyə və Rusiya arasında Ermənistanın da daxil edildiyi razılaşma var".

Manevr.az
-ın məlumatına görə, bunu milli.az-a açıqlamasında türkiyəli hərbi və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar deyib.

Ekspert bildirib ki, Ermənistan artıq Qarabağla bağlı iddiasından əl çəkməlidir:

"Bu ölkələr arasında bir atəşkəs razılığı var. Əgər Ermənistan partizanlar vasitəsilə istehkam yaradaraq və ya terror törədərək, yaxud razılaşmanın maddələrinə zidd davranaraq bəzi təxribatlara cəhd edilərsə, açığı razılaşmanı pozmuş sayılır. Və Ermənistan bu razılaşmanı pozmaqla Azərbaycanın sərt reaksiya verməsinə şərait yaratmış olar.

Açığı indi Ermənistanın buna bənzər son dərəcə çılğın, trovatik həmlələri olduğu görünür. Buna dair faktlar var. Azərbaycan onların bu cür davam etməyinə qəti imkan verməyəcək, 10 Noyabr razılaşmasından meydana çıxan haqqını sona qədər müdafiə edəcək. Burada Rusiya da məsuliyyət daşıyır. Nəticədə Rusiya ilə birgə imzalanan bir atəşkəs var. İndi Ermənistan bu müqaviləni rusun arxasında gizlənərək pozmağa cəhd edərsə, bu, güvənsizlik yaradacaq. Və nəticədə belə olmasını nə Rusiya, nə Azərbaycan, nə də Türkiyə istəyər. Yəni nəticədə bir müharibə oldu, hər kəs kimin nəyə qadir olduğunu, gücünü, qüdrətini gördü. Ermənistan payını aldı.

Zaman keçdikcə rus sülhməramlılarının nəzarətində ermənilərin yaşadıqları ərazilər yavaş-yavaş ortaya çıxacaq vəziyyətlərdən irəli gələrək Azərbaycanın nəzarətinə keçəcək. Başqa çarəsi də yoxdur.

Ermənistan bundan sonra Qarabağla bağlı iddiasından əl çəkməlidir. Əgər belə davranmağa davam edərsə, bu, açığı gələcəkdə Ermənistanın varlığına çox böyük zərər vurar. Bundan sonra Rusiyanın himayəsi altında ərköyünlük etməməsi Ermənistanın xeyrinədir.

Azərbaycan istənilən an Qarabağda irimiqyaslı antiterror əməliyyatlarına da başlaya bilər. Türkiyə ilə Azərbaycan birgə addım atmalıdırlar. Yoxsa tək-tək hücumlar artar, bizi parçalamağa çalışarlar".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar