Sizin Reklam Burada
Xəbər lenti
18-09-2026
17-09-2026
BÜTÜN XƏBƏRLƏR

Erməni hərbçilər acınacaqlı vəziyyətdədir - VİDEO

Tarix: 16-03-2021 09:50     Baxış: 4214 A- / A+
Erməni hərbçilər acınacaqlı vəziyyətdədir - VİDEO


Ermənistan ordusunun Qafandakı hərbi postunda acınacaqlı vəziyyət hökm sürür.

Manevr.az-ın məlumatına görə, hərbçilər xarabalığa oxşayan yerlərdə keşik çəkilrlər.

Hərbçilərin acınacaqlı vəziyyətini əks etdirən video Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Qafan şəhəri yaxınlığındakı postda çəkilib. Sosial şəbəkələrdə paylaşılan görüntülər Ermənistanda geniş rezonans doğurub. Ermənistanın hərbi polisi və prokurorluğu məsələ ilə bağlı istintaq başladıb, post komandiri isə hərbi polis tərəfindən saxlanıb.

Ermənistan mətbuatında yayılan məlumata görə, videoda bir qrup hərbçi postlarındakı vəziyyətin acınacaqlı olduğunu, radio və digər lazımi cihazların olmadığını bildirib. "Qafan onsuz da təslim olduğu üçün geri çəkilməyimiz əmr edilib. Hər tərəfdə azərbaycanlılardır, üç tərəfdə onların postları yerləşir. Hər postda 50-60 nəfər var və bizdə isə cəmi 9 nəfər" - deyə erməni hərbçilərdən biri qeyd edib.

Hüquq müdafiəçisi Ruben Melikyan isə özünün feysbuk səhifəsində yazıb ki, videonun çəkildiyi nəzarət məntəqəsinin komandiri gecə yarısı hərbi polisə çağırılıb. Hüquq müdafiəçisi bildirib ki, polisə çağırılmanın səbəbi tam olaraq açıqlanmayıb. Bir müddət əvvəl isə problemin ictimailəşdirildikdən sonra yerli hökumət tərəfindən qismən həll edildiyi bildirilmişdi.

Bu görüntülər bir daha təsdiq edir ki, 44 günlük Qarabağ müharibəsində ağır zərbə alan Ermənistan ordusunun özünə gəlməsi hələ bir neçə illər mümkün olmayacaq./Xezerxeber.az

Manevr.az

[flash=https://youtu.be/JSviWINa4fY]https://youtu.be/JSviWINa4fY[/flash]

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar