Xəbər lenti
Azərbaycanın hərbi təlimlərində İsrail texnikası - TƏFƏRRÜATLAR
"Azərbaycanın Müdafiə Nazirliyi genimşiqyaslı hərbi təlimlərə hazırlaşır. Təlimlərdə İsrail istehsalı olan ən müasir silah və hərbi texnikadan, o cümlədən "Heron", "Harop" və "Hermes" PUA-larından istifadə olunacaq".
Manevr.az bildirir ki, İsraildəki "İsrael Hayom" qəzetində Din Şmuel Elmas ölkəmizin keçirəcəyi hərbi təlimlərdən bəhs edən yazısı dərc olunub.
Müəllif yazır: "Bazar ertəsi Azərbaycan hərbçiləri müxtəlif qoşun növlərinin cəlb ediləcəyi genişmiqyaslı hərbi təlimlərə başlayacaq. Təlimlərə 10 min hərbi qulluqçu, təqribən 100 tank və zirehli texnika, 200 raket və artilleriya qurğusu, müxtəlif raket sistemləri, qırıcılar və PUA-lar cəlb edilib.
Azərbaycan Müdafiə Nazirliyindən "İsrail Hayom"a verilən məlumata görə, təlimlərdə İsrail istehsalı olan "Plasan Sand Cat" zirehli avtomobili, "Tamuz Spike" tank əleyhinə raket qurğusu, "Israel Aerospace Industries"in istehsalı olan "Lahat" tank əleyhinə idarəolunan raketi, SPEAR 120 mm-lik minaatan sistemi, "İAİ Heron", "İAİ Harop","Elbit Hermes" PUA-larından və s. istifadə ediləcək.
44 gün davam etmiş İkinci Qarabağ Savaşından sonra Azərbaycan Silahlı Qüvvələri güc və imkanlarını daha da artırmağa çalışır.
İsraildəki Azərbaycan Evinin icraçı direktoru Arye Qutun dediyinə görə, ermənilər müxtəlif təxribatlara əl ataraq əsassız informasiya yaya bilərlər və ya trivial paxıllıq edə bilərlər, lakin tarixi gerçəklik var: "İsrailin hərbi-sənaye şirkətləri Azərbaycanın müdafiə sənayesinin və hərbi potensialının güclənməsində Bakı ilə sıx əməkdaşlıq ediblər, edəcəklər də. Cənubi Qafqazdakı önəmli geosiyasi və geostrateji tərəfdaşının qələbəsinə İsrail gerçəkdən də, səmimi-qəlbdən sevinir".milli.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar