Xəbər lenti
Bakı və Moskva: Zəngəzur dəhlizində erməni gömrüyü olmayacaq - EKSPERT
Rusiyalı ekspert, Rusiya Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev nəqliyyat kommunikasiyalarının deblokadasından sonra Ermənistanın əldə edəcəyi konkret üstünlüklər barədə Caliber.Az-ın sualını cavablandırarkən bir neçə əsas məqamı vurğulayıb.
“Hər şeydən əvvəl Azərbaycanın dəmiryolu tranzitinin əlçatan olması səbəbilə Rusiya ilə əlaqə yaxşılaşacaq, Gürcüstan dolaylarından fərqli olaraq yükdaşıma bütün mövsümlərdə aparılacaq. Bu, həmçinin nadir torpaq filizinin Çinə və Orta Asiyaya ixracatına əlavə bir çıxış yoludur. Öz növbəsində Türkiyənin Aralıq dənizi limanlarına, xüsusən İskəndərun limanına giriş təmin ediləcək.
Nəhayət, bu Ermənistan üçün infrastrukturun inkişafı sahəsində investisiya axını və ödənişli avtomobil yolları hissələrinin yaradılmasından vəsait qazanılması deməkdir. Həmçinin Ermənistanın İrandan Gürcüstana gedəcək Şimal-Cənub yolu da çəkiləcək, o cümlədən Culfa dəmir yolu qovşağından İrana giriş mümkün olacaq”, - deyə A.Karavayev bildirib.
O, qeyd edib ki, nəqliyyat sahəsində kommunikasiyaların açılması və tikintinin fəallaşması 2-3 ildən sonra iqtisadiyyatın 4-5 faizə qədər artımına səbəb ola bilər. Ticarətin genişlənməsini nəzərə alsaq ÜDM-in ümumi artımı 2,5 faizə çata bilər.
Rusiyalı mütəxəssis əlavə edib ki, Ermənistan ərazisindən tranzit nəqliyyat dəhlizinin yaranması vəziyyəti mürəkkəbləşdirməyəcək. Onun sözlərinə görə, tranzit üzərində nəzarət Ermənistan gömrüyünün ixtiyarında olmayacaq. 2020-ci ilin noyabr ayında atəşkəs razılaşması imzalandıqdan sonra Ermənistan ərazisindən yüklərin daşınmasına nəzarətin Rusiya dəmiryolçuları və sərhədçilərinin həyata keçirəcəyi barədə açıqlamalar verilib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar