Xəbər lenti
“Ən böyük təhlükə Laçın dəhlizindədir...” -Ermənistan silahlı qüvvələrinin oyunu
“Azərbaycan mütləq qələbə qazanıb, ərazi bütövlüyünü təmin edib. İndi bəzi siyasətçilər, politoloqlar sülhməramlılarla əlaqədar müəyyən fikirlər irəli sürürlər. Amma bu prosesin uzun çəkəcəyini düşünmürəm, sülhməramlılar bölgədən gedəcəklər”.
Bunu deputat Vahid Əhmədov Prezident İlham Əliyevin hakim Yeni Azərbaycan Partiyasının (YAP) martın 5 -də keçirilən VII qurultayında Qarabağ münaqişəsi ilə bağlı şərh edərkən deyib.
Vahid Əhmədov hesab edir ki, hökumətin qarşısında hazırda bir məsələ var: “Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasına çalışmaq lazımdır. Bu məsələ həll olunana qədər Ermənistanla hər hansı iqtisadi əlaqələr qurulmamalıdır. Onsuz da Ermənistanda siyasi vəziyyət çox gərgindir, siyasi mübarizə gedir, hələ necə nəticələnəcəyi məlum deyil. Rusiya və Qərbin dəstək verdiyi tərəflər arasında mübarizə davam edir. Vəziyyət o həddədir ki, Baş nazir Nikol Paşinyan mitinqlərdə özü iştirak edir. Amma hələlik siyasi qərarlar qəbul edilməyib”.
Vahid Əhmədov Dağlıq Qarabağla bağlı indiki vəziyyəti çox yüksək qiymətləndirdiyini bildirir: “Bizim hazırda ilkin vəzifəmiz işğaldan azad etdiyimiz əraziləri bərpa etməkdir”.
Onun dediyinə görə, Azərbaycan-Türkiyə-Pakistan hərbi əməkdaşlığı daha da möhkəmləndirilməlidir: “Bu dövlətlərlə əməkdaşlığın dərinləşməsi müstəqilliyimizin qarantıdır”.
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl isə bildirib ki, biz qələbə qazansaq da, hələlik tam qələbə təmin olunmayıb.
Onun fikrincə, Azərbaycan ərazi bütövlüyünə tam nəzarət etmədiyindən, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti adlanan ərazinin72 faizində Ermənistan silahlı qüvvələri və Rusiya sülhməramlıları qaldığından, tam qələbədən danışmaq tezdir.
İlham İsmayıla görə, 10 noyabr razılaşmasında Azərbayanın xeyrinə olan 3 bəndin yerinə yetirilməməsi xüsusi gərginlik yaradır: “Birinci, Ermənistan silahlı qüvvələri ərazidən çıxarılmayıb, ikinci, Dağlıq Qarabağın azərbaycanlı qaçqınlarının BMT Ali Komissarlığının nəzarəti altında geri qaytarılması üçün heç bir şərait yaradılmır. Üçüncüsü bölgənin daxili yolları təhlükəsizlik və işlək durumda deyil”.
İ. İsmayıl hesab edir ki, ən böyük təhlükə Azərbaycanın Laçın dəhlizinə nəzarət edə bilməməsidir: “Ən böyük təhlükə Laçın dəhlizinə nəzarət edə bilməməyimizdir. Məsələ onadır ki, Azərbaycana bütün təhlükələr Laçın dəhlizindən gəlir. Ermənistan silahlı qüvvələrinin adamlarına mülki forma geyindirib bizim ərazimizə keçirdirlər, bunu amerikalı jurnalist də təsdiqlədi. Ermənistanın vəzifəli şəxsləri, ideoloqları bölgəyə qanunsuz səfərlər edib təbliğatlarını aparırlar. Düzdür, böyük məğlubiyyətə uğrayıblar, amma biz onların iddialarına qarşı adekvat cavab verə bilmirik”./yenisabah.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar