Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var

Tarix: 07-03-2021 16:01     Baxış: 4245 A- / A+
Qazaxın işğaldakı kəndləri ermənilərdən boşaldılır? - Sərhəddən xəbər var


Erməni sosial şəbəkələrində yayılan məlumata görə, Azərbaycanın Qazax rayonunun işğal altındakı 7 kəndi ilə bağlı demarkasiya və delimaitasiya işləri başlanıb. Xəbərlərdə artıq Barxudarlı kəndinin ermənilərdən boşaldıldığı da bildirilib. Digər 6 kəndin də tezliklə Rusiya sülhməramlılarının vasitəçiliyilə Azərbaycan Ordusunun nəzarətinə veriləcəyi qeyd edilir.


Ermənilərin sosial şəbəkələrdə yazdıqları şərhlərdən təşvişə düşdükləri hiss olunur. Hətta bir çoxları sos siqnalı verərək, kəndlərin boşaldılmasını faciə kimi qiymətləndirirlər.

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış bəyanatın 2-ci bəndində Qazax rayonunun işğal edilmiş 7 kəndinin də Azərbaycana geri veriləcəyi qeyd edilmişdi. Lakin sonradan əsas açıqlamada və bəyanatın təqdimetməsində həmin müddəanın yer almadığı bəlli oldu.

Buna baxmaraq, bir müddət sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlamasında bildirdi ki, razılaşmaya əsasən, Ermənistan Qazaxın işğal altındakı hissələrini boşaldacaq.

Qazax rayonun işğal altında qalan kəndləri bunlardır:

Bağanis Ayrım – 24.03.1990
Xeyrimli – 08.03.1992
Aşağı Əskipara – 12.03.1992
Barxudarlı – 27.04.1992
Sofulu – 27.04.1992
Qızılhacılı - 11.05.1992
Yuxarı Əskipara – 08.06.1992

Qeyd edək ki, 10 noyabr tarixli bəyanatdan sonra faktiki olaraq, Azərbaycanla Ermənistan arasındakı dövlət sərhədi yenidən qurulur. Çünki 1992-93-cü illərdəki işğaldan sonra Zəngilan və Qubadlının bəzi əraziləri Ermənistana ilhaq edilmişdi. Həmin ərazilər son vaxtlar Rusiya süləhməramlılarının vasitəçiliyilə yenidən demarkasiya və delimitasiya olunub və Ermənistandan geri alınaraq, Azərbaycana təhvil verilib.

Belə görünür ki, artıq növbə Qazaxın işğaldakı kəndlərinə çatıb. Qeyd edək ki, bəhs etdiyimiz 7 kənd Azərbaycanın Ermənistan ərazisindəki həm eksklavı, həm anklavı sayılır. Həmin kəndlərə Azərbaycanın əsas ərazisindən bilavasitə yol yoxdur. Bunun üçün kəndlərə dəhliz açılıb-açılmayacağı barədə hələ ki bir qərar yoxdur... (modern.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar