Xəbər lenti
Ermənilər Şuşada məğlub olan komandirin AXTARIŞINA ÇIXDILAR

Ermənilər Şuşada rüsvayçı məğlubiyyətə uğrayan komandirin axtarışına çıxıblar.
Manevr.az xəbər verir ki, bu barədə Hraparak.am məlumat yayıb.
Bildirilir ki, Ermənistan Müdafiə Nazirliyi göndərilən sorğuya - Şuşa istiqamətində məğlub olan hərbi birləşmələrə rəhbərlik edən komandirin adını açıqlamaq üçün bir ay vaxt tələb edib.
"Sorğunuza cavab olaraq bildirmək istərdik ki, sorğuda göstərilən məlumatları təqdim etmək üçün əlavə araşdırmalara ehtiyac var. Buna görə sorğunun cavabı Ermənistan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş şərtlərlə veriləcək", - nazirliyin cavabında deyilir.
Bildirək ki, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri yalnız yüngül silahlarla silahlanaraq dağlardan, meşələrdən, cığırlardan keçərək, düşmənlə əlbəyaxa savaşaraq Şuşa şəhərini 8 noyabr tarixində işğaldan azad ediblər.
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev şəhərin azad edilməsinin tarixi əhəmiyyətindən danışarkən deyib ki, Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. O vurğulayıb ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq.//publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































