Xəbər lenti
İrəvandan Xankəndiyə gizli yolla əsgər göndərilir... – ABŞ jurnalisti
Ermənistan Müdafiə Nazirliyinin önündə övladlarının Qarabağa göndərilməməsi üçün aksiya keçirən valideynlər deyir:
- Bu yaxınlarda bir qrup erməni hərbçi tikinti materiallarının daşınması üçün nəzərdə tutulan yük maşınında Laçın dəhlizindən keçərək, Xankəndiyə göndərilib.
- Bizə dedilər ki, övladlarımız Qarabağa qayıtmayacaq, amma indi əsgər qaçaqmalçılığı edirlər.
- Uşaqlarımızın hərbi xidmət keçməsinə razıyıq, amma Qarabağda yox, orada onlar əsir götürülə bilər.
- Müharibədən qayıdanların yenidən Qarabağa göndərilməsindən qorxuruq, səlahiyyətli orqanlar heç bir problemi həll etmir.
- Qarabağda qalan erməni hərbçilərə geri qayıtmağına icazə verilmir, Xankəndidə qalmaları əmri verilib.
(Amerikalı jurnalist Patrik Lancesterin videoreportajından)...
Erməni validenylərin dediklərindən məlum olur ki:
1. Xankəndidə qalan erməni hərbçilər evlərin qayıtmaq istəsələr də, onlara icazə verilmir;
2. Ermənistandan Qarabağa hələ də müxtəlif yollarla əsgər göndərilir: sülhməramlılar aldatmaq üçün əsgərlər mülki geyimdə, mülki maşınlarla gətirilir (sülhməramlıların da bir çox hallarda göz yumduğu da istisna deyil).
Bu, Ermənistan tərəfindən üçtərəfli razılaşmanın pozulduğunun növbəti faktıdır və buna görə İrəvanla yanaşı, sülhməramlılar da cavab verməlidir.
Asif Nərimanlı
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar