Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Həmsədrlər Qarabağdan əl çəkmir: bəyanatın şifrələri...

Tarix: 17-02-2021 10:04     Baxış: 3150 A- / A+
Həmsədrlər Qarabağdan əl çəkmir: bəyanatın şifrələri...

Minsk qrupu Azərbaycan və Ermənistan XİN rəhbərləri ilə keçirdiyi görüşlə bağlı bəyanat yayıb. Müharibədən sonra ilk və iki cümləlik bəyanat həmsədrlərin fəaliyyətinin artıq əvvəlki kimi olmayacağını göstərir:

- Vasitəçilik prosesinin üsulları;
- ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin rolu;

Görüşdə bu iki məsələ müzakirə olunub: vasitəçilik prosesinin yeni üsulları, o cümlədən, ATƏT sədrinin şəxsi nümayəndəsinin, saqqalını bu vəzifədə ağardan və deyəsən karyerasını da burda bitirməyi düşünən Anjey Kaspşikin bundan sonra rolunun (?) nədən ibarət olacağı axtarılır.

Müzakirə edilən məsələlərin iki tərəfi var:

Müsbət tərəf...

1. Rəsmi Bakının həmsədrlərin fəaliyyətinə artıq ehtiyac olmadığı mövqeyi üstünlük təşkil edir;
2. Rusiyadan sonra digər iki həmsədr ölkə - ABŞ və Fransa da münaqişənin həll edildiyi reallığını qəbul edir;
3. Qeyri-rəsmi olaraq Türkiyənin münaqişənin həllindəki rolu ilə barışırlar;

Mənfi tərəf...

1. İki həmsədr ölkə - ABŞ və (daha çox) Fransa münaqişənin həllindən kənarda qaldıqları üçün “status” məsələsi üzərindən çıxışlara davam edə bilər;
2. Digər iki həmsədr ölkənin belə mövqeyi Rusiyanın Bakı və Ankaranın qarşısında əlini gücləndirir, həm bölgədə öz “vacibliyini” göstərmək, həm də masada daha münasib “alternativ” kimi çıxış etmək baxımından;

Asif Nərimanlı

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar