Xəbər lenti
“Sergeyin Şuşada öldürülməsi hələ də gizlədilir” - Erməni fəal

Tanınmış erməni ictimai xadim, müəmmalı hərbi məsələləri araşdıran Aram Gevorqyan Qarabağdakı müharibədə ölmüş erməni polisi haqqında məlumat yayıb.
Manevr.az azvision.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Sergey Şakrikyan adlı polisin 26 yaşı olub. O, Şuşa döyüşlərində məhv edilsə də, cəmiyyətə təqdim olunan rəsmi ölü siyahısına adı düşməyib:
"Şakrikyan polis qüvvələrinin tərkibində İkinci Qarabağ müharibəsində iştirak edən minlərlə polisdən biri idi. O, Armavirdə kiçik çavuş olub. Müharibənin ilk günlərindən Sergey dostları ilə Cəbrayıl, Hadrut və Şuşada döyüşdü və elə Şuşada da noyabrın 5-də öldürüldü. Sergeyə dəyən bir mərmi parçası ürəyinin aortasına tuş gələrək onu saniyələr içində öldürüb. Şakrikyan məhz zirehli geyiminin olmaması səbəbindən öldü. Üstəlik, Ermənistan polisi öz işçilərinə o qədər "hörmət"lə yanaşdı ki, yalnız 25 dekabrda mətbuatda qalmaqallı araşdırma başladıqdan sonra öldürülən 67 polisin adını xalqa təqdim etdi. Müdafiə ordusu tərəfindən təqdim olunan siyahıda isə Sergeyin adı görünmədi".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar