Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

İrəvan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb - Politoloq

Tarix: 11-02-2021 17:38     Baxış: 3236 A- / A+
İrəvan Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb - Politoloq

Daşnaklar xarici işlər naziri Ara Ayvazyanın Türkiyə ilə sərhədin açılmasının mümkünlüyü barədə açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq, çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər, daşnaklar isə məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlıqlarını davam etdirə bilirlər. Daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “anti-türk” dünyası var, 100 ildən çoxdur bununla yaşayırlar, ancaq bu “dünyanın” bu illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırımı” qətnamələri Emənistanın qonşusu Türkiyə və türk dünyası ilə problemlərini dərinləşdirdi.

Manevr.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu danışıb. O qeyd edib ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb:

“Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq. Ermənilər özləri də deyirlər ki, əgər Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu o deməkdir ki, İrəvan faktiki olaraq Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb.

İrəvan ikinci reallığı da sakitcə qəbul edib. Əgər Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa “hərbi xidmətə” heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır.

Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıların tərk-silahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. “Dəmir yumruq” kitabımda da yazdığım kimi, növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq”./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar