Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Siyavuş Novruzov: “Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”

Tarix: 11-02-2021 15:08     Baxış: 4210 A- / A+
Siyavuş Novruzov: “Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”


Milli Məclisin deputatı Siyavuş Novruzov Daxili İşlər Nazirliyini məhkəməyə vermək niyyətinin olmadığını və jurnalistlərin yanlış məlumat yaydığını bildirib.

Manevr.az
-ın məlumatına görə, S.Novruzov modern.az-a açıqlamasında deyib ki, onun Daxili İşlər Nazirliyi ilə hər hansı problemi yoxdur:

“Daxili İşlər Nazirliyi həm pandemiya dövründə, həm də Vətən müharibəsi zamanı fədakarlıq göstərən güc strukturlarından biridir. Orada da çalışanların hamısını dost hesab edirəm. Onlar pandemiya dövründə demək olar ki, iki cəbhədə uğurlu fəaliyyət göstərdilər.

Mənim Daxili İşlər Nazirliyini məhkəməyə verməklə bağlı bir fikrim yoxdur. Xəbəri yayan KİV əməkdaşları mənə bunu sübut edə biləcək hər hansı sənəd göstərə bilərlərmi?

Heç bir məhkəmədən söhbət gedə bilməz. Mən Milli Məclisdəki çıxışlarım zamanı da həm karantin, həm də Vətən müharibəsi dövründə Daxili İşlər Nazirliyinin əməkdaşlarının fəaliyyətini yüksək qiymətləndirmişəm, öz minnətdarlığımı bildirmişəm".

Siyavuş Novruzov jurnalistləri onu rahat buraxmağa, belə qeyri-dəqiq məsələlərlə bağlı narahat etməməyə çağırıb. O, siyasi məsələlərdən artıq uzaq durduğunu da qeyd edib:

“Jurnalistlərdən xahiş edirəm ki, məni siyasətə qatmasınlar”.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar