Sizin Reklam Burada
Xəbər lenti
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qırmızı Bazar-Şuşa yolu açılırmı? - Arutyunyan yenə baş qaldırdı

Tarix: 08-02-2021 10:43     Baxış: 4156 A- / A+
Qırmızı Bazar-Şuşa yolu açılırmı? - Arutyunyan yenə baş qaldırdı

Artıq bir neçə gündür ki, Qarabağdakı qondarma rejimin qanunsuz silahlı dəstələrinin-“ordu”sunun buraxılacağı barədə xəbər yayılıb. Bunun ardınca terrorçu rejimin “xarici işlər nazirliyi” və digər “qurumları”nın da ləğv ediləcəyi haqda iddialar erməni mediasında və teleqram kanallarında tirajlanıb.

Bu kimi xəbərlərdən ciddi şəkildə narahat olan Qarabağ terrorçularının başçısı, Azərbaycan hüquq mühafizə orqanları tərəfindən barəsində cinayət işi açılan Araik Arutyunyan çevrənin daraldığını gördüyü üçün hərəkətə keçib.

Erməni mediası yazır ki, Arutyunyan “ordu” və “nazirlik”lə bağlı xəbərləri təkzib edib və bunları dezinformasiya adlandırıb. Həmçinin belə xəbərlərin ermənilər tərəfindən yayılmasından təəssüfləndiyini bildirib.

A.Arutyunyan bundan əlavə, 35 km-lik Qırmızı Bazar-Şuşa yolunun Azərbaycanın nəzarətinə veriləcəyi, həmçinin Xankəndi şəhərində Azərbaycan bayrağının dalğalması üçün “icazə” (?) verildiyi barədə ermənilər arasında yayılan xəbərləri də təkzib edib.

Baş terrorçu “bütün dövlət orqanları”nın işinə davam edəcəyi haqda sərsəm fikirlər söyləməklə Qarabağdakı bir ovuc erməninin qaçıb aradan çıxmasını əngəlləməyə və onları girovluqda saxlamaqla özünü də sığortalamağa çalışıb. Deyib ki, bütün diqqəti “artsax”ın qurulmasına, təhlükəsizliyin bərpa olunmasına, əsirlərin qaytarılması və itkinlərin tapılması prosesinə yönəltmək lazımdır.

Beləliklə, Vitali Balasanyanın sərsəm fikirlərindən sonra Arutyunyan da növbəti dəfə baş qaldırıb. Görünən budur ki, terrorçuların başı “yumruq” üçün möhkəm darıxır./ musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar