Sizin Reklam Burada
Xəbər lenti
19-01-2025
18-01-2025
BÜTÜN XƏBƏRLƏR

Kərki qaytarılır: Paşinyan ermənilərə kəndi boşaltmağı ƏMR ETDİ

Tarix: 05-02-2021 12:09     Baxış: 4373 A- / A+
Kərki qaytarılır: Paşinyan ermənilərə kəndi boşaltmağı ƏMR ETDİ


Ermənistanın baş naziri Nikol Paşinyan Ararat (Ağrı dağı) bölgəsinə səfərində Kərki kəndinin qaytarılması məsələsini müzakirə edib.

Bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet qeyd edir ki, baş nazir bölgənin əhalisi ilə görüşdən sonra qubernator Razmik Tevonyan və Ararat alayının komandiri ilə üçtərəfli müzakirə aparıb.

“Görüşdə Tiqranaşen (Kərki) kəndinin gələcək taleyi müzakirə olunub. Paşinyan yaxın gələcəkdə kəndi boşaltmağı tapşırıb”. – qəzet qeyd edir.

Paşinyanın mətbuat xidməti Mane Qevorqyan isə xəbəri təkzib edib.

“Joxovurd” isə mənbələrinin belə müzakirənin aparıldığını bildirdiyini vurğulayır.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi 1990-cı illərdə ermənilər tərəfindən işğal edilib. 44 günlük müharibədən sonra kəndin Azərbaycana qaytarılması istiqamətində müzakirələr aparılır./publika.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar