Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qars təlimləri erməniləri qorxuya saldı

Tarix: 02-02-2021 11:34     Baxış: 4254 A- / A+
Qars təlimləri erməniləri qorxuya saldı


Qarsda keçirilən Türkiyə-Azərbaycan birgə hərbi təlimləri Ermənistanda ciddi narahatlıq yaradıb.


Manevr.az
avision.az-a istinadən xəbər verir ki, ənənəvi ortaq hərbi təlimlərdən səksəkəyə düşən erməni cəmiyyəti sosial mediada Paşinyan hakimiyyətini tənqid etməyə başlayıb. Tanınmış ictimai xadimlərin əksəriyyəti siyasi elitanı Qarabağı geri qaytarmaq xülyasına düşməkdənsə, gələcəkdə Naxçıvan istiqamətində ehtiyatlı olmağa çağırıb.

İctimai fəal, QHT rəhbəri İrina Danielyan hərbi təlimlərdən videogörüntülər paylaşaraq absurd şəkildə iddia edib ki, yaxın gələcəkdə guya Naxçıvan istiqamətdinə genişmiqyaslı müharibə olacaq:

"Bir müddət öncə "Saqqallı Andranik" (Deputat Andranik Koçaryan-red.) bu cür təlimlərdən qorxmağın lazım olmadığını söylədi. Çünki guya biz yaxşı müdafiə olunuruq. 2020-ci ilin yayında Türkiyə-Azərbaycan genişmiqyaslı hərbi təlimləri keçirilirdi və o zaman da biz müharibə olacağını söyləyəndə "Nikolaidlər" (Paşinyanın tərəfdarları-red.) bizə gülürdü. Nikol hakimiyyətə torpaqları qaytarmaq üçün gəldi. Məgər bu baş vermədimi? Bir daha deyirəm ki, çox yaxında Naxçıvan istiqamətdə genişmiqyaslı müharibə olacaq".

Xatırladaq ki, Ermənistan tərəfindən dəfələrlə belə absurd iddialar səsləndirilib. Azərbaycan işğal altında saxlanılmış öz torpaqları xaric başqa sərhəddən kənarda heç vaxt hərbi əməliyyatlar aparmayıb və Ermənistandan fərqli olaraq tarixboyu belə bir hərbi-siyasi strategiya formalaşdırmayıb. Görünür, Türkiyə-Azərbaycan hərbi əməkdaşlığı hələ uzun müddət İrəvanı qorxu içində saxlayacaq.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar