Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Qarabağ ermənilərinin köçü başladı - Ermənistanda təlaş

Tarix: 01-02-2021 20:21     Baxış: 3331 A- / A+
Qarabağ ermənilərinin köçü başladı - Ermənistanda təlaş

“Qarabağlı ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana və Belarusa üz tutmağa hazırlaşırlar”.

Manevr.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist Qarabağ bölgəsindəki son demoqrafik duruma diqqət çəkib:

“Rusiyanın Qarabağdakı sülhməramlı kontingenti hər gün bəyanat yayaraq, Ermənistandan Qarabağa qayıdan ermənilərin sayını açıqlayır. Rusiya Müdafiə Nazirliyinin statistikasına görə, Xankəndinə artıq 51 136 erməni qayıdıb. Həmişə olduğu kimi, rəsmi Moskva reallığı geosiyasi maraqlarına qurban verir.
Bəli, avtobuslarla İrəvandan Xankəndinə 51 mindən artıq erməni daşınıb, belədir. Lakin ötən ilin dekabrın 2-dən bəri Xankəndindən Ermənistana 34 mindən artıq erməni qayıdıb. Ermənilər Qarabağda yaşamaq istəmirlər - Ermənistan mediasının, siyasətçilərinin və ələlxüsus da ermənilərin Teleqram kanallarının köpüklü bravur iddialarına rəğmən. Ötən ayın əvvəllərində "Qarabağda ermənilərə Rusiya pasportları paylanacaq" şiayiəsi dolaşanda ermənilər Xankəndinə axışmağa başlamışdılar. Bu absurd iddianın fiksiya olduğunu anlayanda haylar geri döndülər.

Onların məqsədi Ermənisanda qalmaq deyil: Ermənistandakı haylar “karabaxneri” adlandırdıqları, “karabaxtsi heyvanneri” dedikləri qarabağlı ermənilərə nifrət edirlər”.
Elçin Alıoğlu qeyd edib ki, qarabağlı ermənilər Ermənistana, oradan da Rusiyaya, Ukraynaya, Qazaxıstana və Belarusa üz tutmağa hazırlaşırlar:
“Qarabağda ermənilərin iki seçimi var: ya indiki şəraitlə barışıb yaşamalı, ya da rədd olub getməli. İndiki şərait isə erməniləri təlaşlandırır. Hər tərəfdə Azərbaycan ordusu, az sonra da kəndlərə və şəhərlərə azərbaycanlılar qayıdacaqlar. Rusiyalı sülhməramlıların nəzarətindəki ərazilərdə isə əkin-biçin yerləri, bağlar, kənd təsərrüfatı sahələri çox azdır. İş yerləri yox, gəlir yeri yox, qaz və elektroenerji hələlik Ermənistandan verilir, sonra bilinmir necə olacaq. Ermənistandan Qarabağa yox, Qarabağdan Ermənistana erməni köçü var”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar