Xəbər lenti
44 günlük Vətən müharibəsinin daha bir şəhidi - ŞƏKİL

Vətən müharibəsində adını tarixə qanla yazdıran şəhidlərimizdən biri də Abdullayev Nurlan İnqilab oğludur.
Manevr.az xəbər verir ki, Abdullayev Nurlan 1992-ci il 26 yanvarda Beyləqan rayonunda anadan olub. Orta mərtəbi Beyləqan rayonunda bitirib.
Nurlan Abdullayev 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında Tərtər rayonu istiqamətində ön cəbhəyə müddətli həqiqi hərbi xidmətə çağrılıb. Hərbi xidməti bitirdikdən sonra, 2014-cü ildə könüllü olaraq Beyləqan rayonunda müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi ordu sıralarına qoşulub. 2016-cı il Aprel döyüşlərində Lələtəpə yüksəkliyi istiqamətində gedən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun çavuşu olan Nurlan Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətindəki gedən döyüşlərdə iştirak edib.
Nurlan Abdullayev sentyabrın 30-da Füzuli rayonu Kənd Horadiz istiqamətində gedən döyüşlər zamanı şəhid olub.
Beyləqan rayonu, Şəhidlər xiyabanında dəfn edilib.
Nurlan Abdullayev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub./oxu.az
Manevr.az


Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Yazarlar
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Təqvim
« Oktyabr 2025 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | 2 | 3 | 4 | 5 | ||
6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
27 | 28 | 29 | 30 | 31 |
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar