Xəbər lenti
Kərki və Qazaxın 7 kəndilə bağlı YENİ XƏBƏR: Ermənistan bu yollara NƏZARƏTİ İTİRİR

Naxçıvanın Ermənistan işğalında qalan Kərki kəndində yaşayan ermənilər kəndin Azərbaycana qaytarılması üçün hazırlığın getdiyini deyirlər.
Manevr.az xəbər verir ki, bu barədə teleqram kanallarına istinadən “yerkramas” saytı yazıb.
Ermənilər bildirir ki, noyabrın 13-də Tiqranaşen (ermənilər Kərkini belə adlandırır) kənd yaxınlığında Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) post quraşdırıb.
Hərçənd, FSB-nin qurduğu post Naxçıvanı Azərbaycanın qərb bölgəsi ilə birləşdirəcək ikinci dəhlizin açılması ilə bağlı da ola bilər.
Ermənilər isə bunun kəndin qaytarılmasına hazırlıq olduğunu deyir.
“Yerkramas” yazır ki, parlamentin iclasında Nikol Paşinyan kəndin qaytarılacağı ilə bağlı sualdan yayınıb.
“Əgər bu kəndlə bağlı heç bir razılaşma yoxdursa, Paşinyan niyə cavab vermir? Göründüyü kimi, cəmiyyətin şübhələri əbəs deyil”, - sayt qeyd edir.
Strateji əhəmiyyəti olan Kərkinin qaytarılması Azərbaycana bir sıra üstünlük qazandıracaq:
1. İrəvan-Qafan-Mehri-İran yolunun kənddən keçən hissəsi Azərbaycanın nəzərətinə keçəcək;
2. Bu kənd Ermənistanın Sünikə (Zəngəzur) girişi hesab olunur;
3. Gorus-Qafan-Mehri yolunun bir qismi artıq Azərbaycanın nəzarətindədir;
Qazaxın işğalda olan 7 kəndinin, xüsusilə anklav olan Barxudarlı və Aşağı Əskipara qaytarılması isə Ermənistanın Noyemberyan rayonu ilə İcevanı birləşdirən, Göyçəyə çıxış olan yola nəzarəti itirməsi deməkdir.
Beləliklə, Azərbaycan Ermənistanın əsas nəqliyyat mərkəzlərinin bir hissəsinə nəzarət imkanı qazana bilər./publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar