Sizin Reklam Burada
Xəbər lenti
09-09-2025
BÜTÜN XƏBƏRLƏR

Daşnaksütyun təmsilçisi Qarabağda - Sülhməramlılar hara baxır?

Tarix: 20-01-2021 15:32     Baxış: 4258 A- / A+
Daşnaksütyun təmsilçisi Qarabağda - Sülhməramlılar hara baxır?

Azərbaycanın sərt xəbərdarlığından nəticə çıxarmayan Ermənistan siyasətçiləri Qarabağa icazəsiz səfərlərini davam etdirirlər.

Manevr.az xəbər verir ki, son iki gün ərzində Daşnaksütyun partiyasının ali orqanının nümayəndəsi İşxan Saqatelyan Xankəndi şəhərində olub.

Erməni mediasının yaydığı məlumata görə, daşnak Saqatelyan Qarabağdakı qanunsuz qurumun oyuncaq “xarici işlər naziri” David Babayan, “təhlükəsizlik şurasının katibi” Vitali Balasanyan, müxtəlif ictimai-siyasi şəxslər, o cümlədən keçmiş “yüksək çinlilər”lə görüşüb. “Aravot” qəzeti yazıb ki, Daşnaksütyun təmsilçisi ilə Qarabağ terrorçularının başçısı Araik Arutyunyan da görüşmək istəyib.

Ancaq Saqatelyan bu təklifə mənfi cavab verərək, Nikol Paşinyanın siyasi tərəfdarı ilə danışmağa sözünün olmadığını deyib.

Bunlar ermənilərin öz davasıdır və bizimçün o qədər də əhəmiyyət kəsb etmir. Amma bu davanın Azərbaycan ərazisində aparılması və ermənilərin müxtəlif oyunbazlıqla məşğul olmaları heç cür qəbul oluna bilməz. Görünür, Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətində qaldıqca və Azərbaycan sərhədçiləri nəzarəti öz əlinə almadıqca Ermənistandan bu kimi səfərlər davam edəcək.musavat.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar