Xəbər lenti
Putin Qarabağla bağlı müşavirə keçirdi

Rusiya Prezidenti Vladimir Putinin sədrliyi ilə müşavirə keçirilib.
Manevr.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla görüş ərəfəsində Vladimir Putin Qarabağ və Cənubi Qafqazdakı vəziyyəti müzakirə etmək üçün müşavirə keçirib”, - məlumatda bildirilib.
Müşavirədə Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, Xarici İşlər naziri Sergey Lavrov, Müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov, Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin iştirak edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər


Axtarış
Reklam

Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
İlqar İlkin
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar
































