Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

“Niyə 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?” - Erməni əsgər atası

Tarix: 09-01-2021 14:03     Baxış: 5251 A- / A+
“Niyə 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?” - Erməni əsgər atası


“Torpaqların tezliklə veriləcəyini bildiyiniz halda, niyə bizim övladlarımızı öldürdünüz? Nə üçün 18-20 yaşlı uşaqlarımızı ölümə verdiniz?”.

Manevr.az xəbər verir ki, bunu dünən Eçmiədzindəki hərbi hissənin qarşısında oturaq aksiya keçirən əsgər valideynlərindən biri deyib.

İtkin düşmüş övladını hələ də tapa bilməyən əsgər atası baş nazir Nikol Paşinyanı tənqid edib. Onun sözlərinə görə, oğlunun döyüşmək üçün aparıldığı Azərbaycan ərazisinə əvvəlcə kəşfiyyatçılar, sonra ordu göndərilməli idi:

“Lap əvvəldən ərazinin təmiz olub-olmadığını bilmək üçün ora kəşfiyyatçılar göndərilməli idi. Ərazi yoxlanılmalıydı. Həmçinin uşaqları ora ardıcıl olaraq üç avtobusla heç nələri olmadan daşımaq lazım deyildi. Onlar əsgərləri yarıyuxulu vəziyyətdə belə daşıdılar”.

Xatırladaq ki, Ermənistanın Eçmiədzin şəhərində yerləşən hərbi hissənin döyüş təcrübəsi olmamış bir bölüyü müharibə vaxtı Zəngilana aparılıb. Döyüş meydanına girən kimi hamısının mühasirəyə düşərək məhv edildiyi bildirilir. Onlardan hələ də xəbər yoxdur və itkin düşən hərbçilərin yaxınları mütəmadi olaraq sözügedən hərbi hissənin, hökumət binası və Müdafiə Nazirliyinin qarşısında aksiyalar keçirirlər. Əsgər yaxınları Azərbaycanın Zəngilan rayonu ərazisində axtarış tədbirlərinin görülməsini tələb edirlər. Valideynlərin sözlərinə görə, övladları məhz bu ərazidə itkin düşüblər./pravda.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar