Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Xocavənddə ermənilərin 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ

Tarix: 08-01-2021 18:19     Baxış: 3226 A- / A+
Xocavənddə ermənilərin 62 nəfərlik diversiya qrupu saxlanılıb - RƏSMİ

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun BMT-nin baş katibi Antonio Quterreşə ünvanlandığı, Ermənistanın beynəlxalq hüquqa və 10 noyabr tarixli üçtərəfli bəyanata zidd olaraq sabitliyin pozulmasına yönələn fəaliyyəti barədə məktubu BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi kimi yayılıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən verilən məlumata görə, məktubda 10 noyabr tarixli üçtərəfli bəyanatdan sonra Azərbaycanın münaqişənin təsirinə məruz qalan bütün ərazilərdə bərpa və reinteqrasiya üzrə geniş miqyaslı işlərə başladığı bir vaxtda Ermənistanın bölgədə sülh, əməkdaşlıq və inkişafın təmin edilməsinə təhdid təşkil edən fəaliyyəti barədə məlumat verilir.

Azərbaycanın işğaldan azad olunmuş Xocavənd rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin diversiya-təxribat fəaliyyəti qeyd olunaraq, Azərbaycanın müvafiq qurumları tərəfindən aparılan anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşları olan 62 nəfərdən ibarət diversiya qrupunun üzvlərinin saxlanıldığı bildirilir.

Birgə bəyanatın imzalanmasından bir ay keçdikdən sonra Ermənistan silahlı qüvvələrinin Azərbaycanın beynəlxalq tanınmış ərazilərində bu kimi diversiya-təxribat fəaliyyətinin Ermənistanın beynəlxalq hüququn prinsiplərini, eləcə də bəyanatla üzərinə götürdüyü öhdəlikləri kobud şəkildə pozmasının sübutu olduğu BMT baş katibinin diqqətinə çatdırılır.

Məktubda Ermənistanın Azərbaycan ərazilərində bu kimi sabitliyin pozulmasına yönələn fəaliyyətdən çəkindirilməsi üçün təxirəsalınmaz tədbirlərin görülməsi müraciəti əks olunur. Həmçinin bölgədə mehriban qonşuluq münasibətlərinin bərpa olunmasını vəd edən birgə bəyanatın icrasının dəstəkləməsində BMT başda olmaqla, beynəlxalq ictimaiyyətin mühüm rolu vurğulanır.

BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının sənədi ilə aşağıdakı keçiddən tanış olmaq olar: https://undocs.org/a/75/689.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar