Xəbər lenti
Sərhədçilərimiz Qafan aeroportu və Qafan-Gorus yoluna nəzarət edir - ŞƏKİLLƏR

Yanvarın 6-da Dövlət Sərhəd Xidməti Zəngilanın işğaldan azad edilmiş bölgələrinə media-tur təşkil edib.
Manevr.az bildirir ki, apa-nın media-turda iştirak edən əməkdaşının məlumatına görə, jurnalistlər Zəngilanın Ağkənd və Qazançı məntəqələrində olublar.
Ağkənd və Qazançı məntəqələri Azərbaycan-Ermənistan dövlət sərhədində yerləşir.
Ermənistanın Qafan aeroportu Ağkənd, Qafan-Gorus avtomobil yolu isə Qazançı döyüş məntəqəsinin vizual nəzarətindədir.
Sərhədçilərin xidmət şəraiti ilə tanışlıqdan sonra Ermənistan Silahlı Qüvvələrinin Zəngilanda qurduqları və Azərbaycan Ordusu tərəfindən darmadağın edilmiş istehkam xətlərinə baş çəkilib.
Qeyd olunub ki, Azərbaycan Ordusunun hücumu nəticəsində istehkamlar qısa müddətdə yarılaraq, düşmənin müqaviməti sındırılıb.



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar