Xəbər lenti 
					
 
		Düşmənin S-300-ü belə məhv edilib - Yeni VİDEO

Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində uğurlu əməliyyatlarından biri də düşmənin S-300 zenit-raket qurğularının sıradan çıxarılması olmuşdu.
Bu gün erməni KİV-ləri "azərbaycanlılar S-300-ü necə vurdular” başlıqlı videogörüntülər yayıblar.
Təhlükəsizlik kamerasına düşən kadrlarda "Harop”la düşmənin əvvəlcədən müəyyən edilmiş hədəfinin uğurla məhv edildiyi görünür. Ermənilər yenicə internetdə yayılan videonun İkinci Qarabağ müharibəsi zamanı qeydə alındığına şübhə etmədiklərini deyirlər. "Çünki "Harop” və S-300 yalnız Qarabağ savaşında "üz-üzə gəliblər”, -deyə qeyd edilir.
Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi sentyabrın 30-da bir gün əvvəl gedən döyüşlər zamanı Xocavənd rayonunun Şuşakənd ərazisində düşmənin 1 S-300 zenit-raket qurğusunun sıradan çıxarılması barədə məlumat yaymışdı. /azvision.az
Manevr.az
	
	
	
 	Xəbəri paylaş
	
			
 
   
  
                
                
            
             
            
Çox oxunanlar
Son yüklənənlər



 Axtarış
 Reklam 
				 
 İqtisadiyyat 
       
		 Yazarlar
       İmarət Cəlilqızı
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Emil Rasimoğlu
		   
Cahangir NAMAZOV
		   
-Təranə Dəmir
		   
- Sevil Nuriyeva
		   
 Sorğu 
				 Portalımızı dəyərləndirin.
 Çox oxunanlar 
 
				 
















 
 















