Sizin Reklam Burada
Xəbər lenti
23-11-2024
22-11-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağda dəyişiklik: Rusiya razılaşmanı pozdu - Türkiyə KİV

Tarix: 02-01-2021 20:38     Baxış: 4229 A- / A+
Qarabağda dəyişiklik: Rusiya razılaşmanı pozdu - Türkiyə KİV

Azərbaycan və Ermənistan arasında ötən ilin noyabrın 10-da imzalanan razılaşma çərçivəsində sülhməramlı qüvvələr olaraq Qarabağa gələn Rusiya hərbçiləri sənədin müddəalarını pozub.

Manevr.az xəbər verir ki, bu barədə Türkiyənin “Yeni Şəfəq” qəzeti məlumat yayıb.

Məqalədə bildirilib ki, Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyunca xidmət edəcək sülhməramlılarının sayının 1960 nəfər olacağı qərarlaşdırılsa da, rusların fərqli şəxslər və vəzifəlilərlə bölgəyə göndərdiyi personal 5 min nəfəri keçib.

Rusiya rəhbərliyi mövcud hərbçilərlə yanaşı, Fövqəladə Hallar Nazirliyinin işçiləri, texniki mütəxəssislər, həkim və tibb bacıları ilə birlikdə, bölgəyə inşaat işlərində çalışmaq üçün texniklər də göndərib. Bölgədə rus sayının daha da artmasından əndişə edilir.

Rusiya sülhməramlı qüvvələri ilə bölgəyə gələn hərbçilərin Qarabağın dağlıq bölgələrində tam təchizatlı təlimlər keçməsi də beyinləri qarışdırır. İstər erməni silahlı qüvvələri ilə, istərsə də qondarma "dqr"in "rəhbərləri" ilə görüşən Rusiya hərbçilərinin buradan yaydıqları "səmimi görüntülər" Azərbaycan ictimaiyyəti arasında narahatlıq yaradır. Bölgədə Rusiya qüvvələri olduğu halda, ermənilərin hələ də dağlıq ərazilərdə aktiv fəaliyyət göstərərək, müxtəlif hücumlar təşkil etməsi insanlarda sual yaradır.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti, qarabağlı Umud Mirzəyev, "İmzalanan müqaviləyə görə, Rusiya sülhməramlı qüvvələrində 1960 əsgər olmalı idi. Bu sayın 5-10 min olduğunu düşünmürəm, amma ruslar daha çox adam göndərdi. Rusların nəzarəti altındakı ərazilərdə ermənilərdən qalan silahlı dəstələr tamamilə çıxarılmalı idi. Rusiya komandanlığı erməni kəşfiyyat zabitlərinə çox xoş münasibət bəsləyir. Qondarma "dqr"in "bayrağı" altında müxtəlif pozalar verirlər, bunlar ürək açan məsələlər deyil. Azərbaycan ordusu ilə birlikdə bölgədə türk əsgərlərinin çox olmasına üstünlük verilməlidir. Bu məsələdə qərarlar verilməlidir”, - deyib.

Rusiya sülhməramlılarının komandirinin Xankəndini ziyarət etdiyini xatırladan Bayburt Universitetinin əməkdaşı Ramin Sadıqov bildirib: "Burada sülhməramlı qüvvələrə qarşılanma mərasimi keçirildi. Tort kəsildi, amma tortun üzərində iki "bayraq" vardı. Separatçı qüvvələrin "bayraqları" olan bu pozalar cəmiyyətdə birmənalı qarşılanmır”.

Rusların, razılaşmanın ziddinə olaraq, separatçı qüvvələri tərəf kimi görmələrinin səhv olduğunu qeyd edən Sadıqov deyib ki, rəsmi olaraq hesabat verməsələr də, davranışları tərəf olduqlarını göstərir:

"Qondarma "fövqəladə hallar qüvvələri”, qondarma "dövlət məmurları” ilə görüşürlər. Bunlar konsensusa zidd olan davranışlardır”.

Ramin Sadıqova qeyd edib ki, orada tərəf Azərbaycan və Ermənistandır.

Rusiyalı ekspert Maksim Şevçenkonun son zamanlarda verdiyi açıqlamalara diqqət çəkən Ramin Sadıqov bildirib ki, rusiyalı mütəxəssis bölgədə 32 modul çəhərciyin inşasının gözlənildiyini açıqlayıb:

"Şevçenko 32 modul hərbi şəhərciyin hər birində 300 nəfərin yerləşəcəyini bildirir və dəqiq bir hesablama aparır. Bu hesablamaya görə, bölgəyə gələcək rus əsgərlərinin sayı 10 minə çatır”.

Sözügedən hərbi şəhərciklərdən ikisinin tikildiyini qeyd edən Sadıqov qalan modul şəhərciklərin nə zaman qurulacağının məlum olmadığını bildirib.avropa.info

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar