Xəbər lenti
“Ər-Ar” da, “Sak-Sax” da Türkdü, “Arsax” niyə erməni olur?
“Milli müqəddərat” hüququ Qarabağa şamil edilə bilməz
Qarabağın dağlıq kəsiminin Qafqaz Albaniyası çağı ƏRSAK, ARSAK, ARSAX adlanması tarixi gerçəkdir. Amma bu adın erməniyə və erməniliyə heç bir aidliyinin olmaması da gerçəkdir. Sözün etimologiyası “igid” anlamını verən “ər”, “ar” türk sözləri ilə qədim türk tayfaları sakların (sax(a)ların) adlarından qaynaqlanır və “sak əri”, “sak igidi”, “sak kişisi” anlamını verir.
Ermənilər türk toponimini, etnonimini “artsax” kimi saxtalaşdırsalar da, indiyədək qədim və çağdaş erməni dilində heç bir anlam daşımadığı bəllidir. Yunanların dillərinə uyğun anlam axtarmağa baş vurma çabaları da əbəsdir. Ən azı, bu torpaqlarda heç çağ yunan izinə rast gəlinmədiyi bəllidir . O da bəllidir ki, Albaniyanın çoxu qarqar, sak, ərsak , hun, xəzər , barsil kimi türk tayfalarından olan 26 etnik qrupu birləşdirən xalqı 52 hərfdən ibarət əlifbası olub. Bu tayfalardan heç birinin erməni olmadığı da gerçəkdir və hələ ki, “ işğal qazıntıları”, “işğal araşdırmaları” və “tapıntıları” , bütövlükdə işğalçılıq siyasəti ƏRSAKda erməni izi aşkar edə bilməyib. Di gəl, işğalçılıq siyasəti bölgədə bir ovuc erməniyə “milli müqəddərat” hüququnun tanınmasına hesablanıb . Bu siyasət isə yurd yerlərinin gerçək yiyələrinə, daha doğrusu, yiyələrinin yurdlarına qayıtması ilə iflasa uğrayıb. İndi ha Fransanın, ABŞ -ın, Benilüks parlamentinin, Qərbin qabağında “əzabkeş işğalçı” donu geyin, “qədim mətbəx” adət ənənəsi “dolma”sını “ Anatoliyada yetişən üzüm yarpağı ( “qədim ermənicə” “talma-dolma” Ana(toliya)da bitən üzüm yarpağı anlamını verir (?) ilə bəzə, “təyini-müqəddərat” mümkün deyil. Nəyə görə?
Erməni siyasəti baş nazirin dilindən müqəddərat məsələsini Çexoslovakiyanın Sudet vilayəti ilə qarışdırıb. Qısaca onu deyək ki, 5 milyon almanın yaşadığı bu vilayət 29-30 sentyabr 1938-ci il Münhen sazişi ilə faşist Almaniyasına birləşdirilib və 7 il sonra faşizm üzərində qələbənin sonucu olaraq yiyələrinə qaytarılıb. Çexoslovakiya hökuməti sözün gerçək anlamında faşistlik edərək Sudet vilayətini almanlardan tam təmizləyib. Ermənistan baş nazirinin bu tarixi faktı “erməni ənənəsi”nə uyğun izah etməsi də anlaşılan deyil. Birincisi, Qarabağın dağlıq hissəsində yaşamağa məcbur edilən ermənilərin sayı yüz min civarındadır və bölgənin yerli əhalisi ilə bir yerdə yaşayıblar. İndi , gəl , Xankəndindəki 55 min erməniyə müqəddərat hüququ tanı, 12 min azərbaycanlını isə qurşuna düz? !İkincisi, Çexoslovakiyadan fərqli olaraq faşizm üzərində qələbə çalan Azərbaycan rəsmi şəkildə dinc erməni əhalisinə bütün hüquqları tanıdığını açıqlayıb. Finlandiyanın içində olan , 28 minə yaxın isveçlinin yaşadığı 80 adadan ibarət Aland adaları modelinə gəldikdə isə, burada əhali sayı az olsa da, hamısı eyni etnik qrupdur və 100 ildir Finlandiyanın tərkibindən çıxmağı fikirləşmirlər. Ermənilər kimi qonşuluqdakı azərbaycanlıları öldürüb, qovub müqəddəratlarını təyin etməyi də Fransadan, Rusiyadan, NATO-dan dilə(n)mirlər .
Qarabağda , Ermənistanda yerli əhaliyə zorla qonşu edilən ermənilərin “erməni xəstəliyi”ndən əl çəkib qonşuları ilə dinc yanaşı yaşamağa başlamaları məsləhətdir. Heç bir tarixi saxtalıq, işğalçılıq siyasəti , güc yolu ilə etnik təmizləmə “xəstəliyi” daha yerli əhalini yerindən etməyəcək. Daha yerli azərbaycanlılar “qonşun pisdir, köç qurtar” prinsipi ilə yurd-yuvalarını gəlmələrə verib qaçqın-köçkün yaşamı sürməyəcək. Daha “sonrakı ağılları” öncədən işləyəcək . Nədən Azərbaycanda artıq DÖVLƏT XALQ ÜÇÜN ÇALIŞIR, VURUŞUR!
ƏR DƏ BİZİM, AR DA BİZİM! SAK DA BİZİM, SAX DA BİZİM! ƏRSAK DA, ARSAK DA, ARSAX DA BİZİM ! QARA DA BİZİM, QARABAĞ DA BİZİM! KİM DEYİR, ARSAX BİZİM DEYİL? Elə erməni də bizimdir!
ARSAX, QARABAĞ -AZƏRBAYCANDIR!
Məğrur Bədəlsoy

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar